Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılacaq abidənin təməli qoyulub - Foto

1915-ci ildə türk torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinə Çanaqqalada ucaldılacaq abidənin təməlqoyma mərasimi keçirilib...

PİA.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.

Mərasimdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Azərbaycan - Türkiyə Parlamentlərarası İşçi Qrupun rəhbəri Əhliman Əmiraslanov, Çanaqqala valisi İlhami Aktaş, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Bölgə Baş İdarəsinin (ÇDGTBBİ) rəisi İsmayıl Kaşdemir, vilayətin digər rəsmi şəxsləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və Azərbaycan və Türkiyənin himnləri ilə başlayıb.

Səfir Rəşad Məmmədov açılış çıxışında Çanaqqalanın müqəddəs bir yer olduğunu, 100 il öncə azərbaycanlıların bu torpaqlarda öz qardaşları ilə birlikdə düşmənə qarşı döyüşərək şəhid olduqlarını bildirib. Səfir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan tərəfindən inşa olunacaq bu abidə qəhrəman Azərbaycan övladlarının xatirəsini uğruna can verdikləri torpaqlarda ölümsüzləşdirəcəkdir.

ÇDGTBBİ rəisi İsmayıl Kaşdemir çıxışında dərin məna daşıyan bu abidənin təməlinin atılmasının tarixi əhəmiyyət daşıdığını qeyd edib, abidənin Azərbaycan-Türkiyə birliyinin önəmli simvollarından biri olacağını vurğulayıb.

Bildirilib ki, Çanaqqala Savaşları Gelibolu Tarixi Sahəsində ayrılmış ərazidə təməli qoyulan Azərbaycan Şəhidləri Abidəsi Çanaqqala Şəhidlər Abidəsinə 500 metr məsafədə yerləşir və Azərbaycan şəhidləri üçün ayrılan ərazi ümumilikdə 1960 metr kvadrat ərazini əhatə edir.
Çıxışların ardınca günün xatirəsinə hazırlanmış məktub səfir Rəşad Məmmədov, Çanaqqala valisi İlhami Aktaş və ÇDGTBBİ rəisi İsmayıl Kaşdemir tərəfindən imzalanıb və abidənin təməlinə yerləşdirilib.

Mərasim abidənin təməlinin atılması ilə başa çatıb.

Qeyd etməliyik ki, 24 aprel 2015-ci il tarixində Çanaqqala döyüşlərinin 100-cü ildönümü münasibətilə Çanaqqala Şəhidliyi Kompleksində keçirilmiş xatirə tədbirində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev komplekslə tanışlıq zamanı Çanaqqala döyüşlərində şəhid olmuş azərbaycanlı döyüşçülərin xatirəsinin Çanaqqala Şəhidliyi Kompeksində əbədiləşdirilməsinə dair Azərbaycanın müvafiq dövlət qurumlarına göstəriş vermişdir.

Abidə layihəsinin eskizi Prezident İlham Əliyevin tapşırığı ilə azərbaycanlı heykəltəraşlar tərəfindən hazırlanıb.

Heykəltəraş Tural Rzaquliyevin layihəsinə əsasən, Bakıda hazırlanacaq və milli ornamentlərin əks olunacağı 1800x1900 mm ölçülü bürünc barelyefdə çiyin çiyinə vuruşan Azərbaycan və Türkiyə əsgərləri təsvir ediləcək. Barelyef 3 metr yüksəkliyindəki postament üzərinə yerləşdiriləcək və abidə onu tamamlayacaq sütunla birlikdə ümumi 13 metr hündürlükdə olacaq.(apa)

pia.az


Etiket: şəhid abidə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Canlı yayım

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Ən çox oxunanalar