Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsanlar artıq süni intellekt avatarı kimi görünmək istəyir

Son zamanlarda süni intellektlə avatarlar istehsal edən Lensa AI tətbiqi sosial mediada məşhurlaşıb...

PİA.az “The Independent”ə istinadən xəbər verir ki, plastik cərrahiyyə həvəskarları indi minlərlə sosial media istifadəçisini cəlb edən süni intellekt “Lensa AI” avatarlarından ilham alırlar. Bəzi məşhur plastik cərrahlar bildiriblər ki, insanlar proqram tərəfindən hazırlanmış avatarları göstərərək onlara bənzəmək istədiklərini bildiriblər.

Prisma AI tərəfindən hazırlanmış süni intellekt proqramı olan Lensa AI sosial mediada məşhurlaşıb. İstifadəçilər tətbiqə 10-20 ədəd öz fotolarını yükləyərək müxtəlif üslublarda öz avatarlarını əldə edirlər.

Bildirilib ki, tətbiqdən istifadə edən bəzi insanlar süni intellektin yaratdığı avatarlardan təsirlənərək plastik cərrahlara müraciət etməyə başlayıblar. TMZ-yə danışan “Botched”in aparıcısı, məşhur plastik cərrah Dr. Terri Dubrounun sözlərinə görə, kimsə ona müraciət edib və Lensa AI tərəfindən hazırlanmış avatara bənzəmək istədiyini bildirib. Lakin Dr. Dubrou ona müraciət edən şəxsi rədd etdiyini bildirib. Dubrow, eyni zamanda, tendensiyanın “sürrealist görüntü ilə bağlı gözləntilərini” növbəti səviyyəyə daşıyacağından narahat olduğunu söyləyib.

Dr. Dipak Duqar isə ona müraciət edən 5 nəfərin avatarında üzün olmasını istədiyini və bu vəziyyətin təhlükəli olduğunu bildirib.

Lensa AI yeni bir tətbiq olsa da, insanların təsirlərə görə plastik əməliyyat tələb etməsinin yeni bir vəziyyət olmadığı ifadə edilir. Beverli Hills Plastik Cərrahiyyə Mərkəzindən Dr. Ben Talei isə bunun SnapChat filtrlərindən sonra ortaya çıxdığını söyləyib.

pia.az


Etiket: Lensa AI

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay