Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran valyutası iğtişaşlar fonunda rekord səviyyədə aşağı enib

Birləşmiş Ştatlar cümə günü Ukraynaya yeni hərbi yardım elan edib və Rusiyanın İranla əlaqələrini pozacağına söz verib...

İranın problemli valyutası rial şənbə günü iğtişaşların davam etməsi və rejimin Rusiya ilə əlaqələri və Qərbin sərt təhlükəszilik tədbirləri ilə bağlı sanksiyaları fonunda ABŞ dolları qarşısında yeni minimuma düşüb.

PİA.az bonbast.com valyuta saytına istinadən xəbər verir ki, şənbə günü qeyri-rəsmi bazarda 1 dollar 367,300 riala satılıb.

Sayt xəbər verir ki, sentyabrın 16-da 22 yaşlı kürd iranlı qadın Məhsa Əmininin polis nəzarətxanasında öldürülməsi ilə başlayan ümummilli etirazlardan sonra rial dəyərini 13,8% itirib.

İğtişaşlar 1979-cu il İslam İnqilabından sonra İranda teokratik idarəçilik üçün ən böyük problemlərdən birini yaradır.

Bununla bağlı iqtisadi sahədə ixtisaslaşan “Ecoiran” veb-saytı bildirib ki, treyderlər İranın dünya gücləri ilə nüvə sazişinin bərpasına çox az ümid edirlər və Tehranın etirazçılara qarşı repressiyaları, eyni zamanda Rusiya ilə hərbi əməkdaşlığına görə Qərbin təzyiqlərinin artdığını müşahidə edilir. Bu əməkdaşlığa Rusiyanın Ukraynadakı müharibədə istifadə etdiyi dronların satışı da daxildir. Tehran və Moskva isə dronlarla bağlı iddiaları təkzib edirlər.

"Bəziləri (treyderlər) nüvə sazişinin bərpası üçün hazırkı beynəlxalq şərtlərin aşağı olduğunu deyirlər və bu, ehtiyatlı alıcıların dollar bazarına girməsinə səbəb olub", deyə “Ekoiran” bildirib.

“Bəzilərinin nöqteyi-nəzərincə ABŞAvropanın İrana təzyiqi valyuta möhtəkirlərinin diqqətini cəlb edə bilər”, deyə Ekoiran əlavə edib ki, mərkəzi bank hələ də rialı dəstəkləyə bilir.

Qeyd edək ki, Birləşmiş Ştatlar cümə günü Ukraynaya yeni hərbi yardım elan edib və Rusiyanın İranla əlaqələrini pozacağına söz verib. Kanada isə insan haqlarının pozulması iddiası ilə Rusiyaİrana yeni sanksiyalar tətbiq edib, Avstraliya isə şənbə günü Rusiyaİrana qarşı məqsədyönlü sanksiyalar tətbiq edəcəyini bildirib.

Almaniya cümə günü İranda etirazçının ilk edamını pisləyib, İngiltərə isə insan haqlarının pozulması və ya korrupsiyaya görə məsuliyyət daşıdığı iddia olunan Rusiyaİran rəsmiləri də daxil olmaqla bir sıra şəxslərə qarşı sanksiyalar elan edib.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Ən çox oxunanalar