Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehranda iğtişaşların əsas təşkilatçısı həbs edilib

İranın təhlükəsizlik qüvvələri Tehranın cənubunda iğtişaşların əsas təşkilatçısını saxlayıblar…

PİA.az xəbər verir ki, bu barədə İranın “Mehr” Agentliyi məlumat yayıb. Agentlik bu məlumatı İran paytaxtının polis idarəsinin rəisi tərəfindən təsdiqləndiyini bildirib.

Adı açıqlanmayan saxlanılan şəxs ictimai əmlaka ziyan vurmaqda, habelə kütləvi iğtişaşlara təhrik etməkdə ittiham olunur. Polis onun tərəfdaşlarını da axtarır.

Xatırladaq ki, sentyabrın ortalarında İranda ictimai iğtişaşlar başlayıb. Buna səbəb 22 yaşlı Məhsa Əmininin ölümü olub. O hicab qaydalarını pozmaqda ittiham olunaraq həbs edilib və sonradan həbsxanada ölüb.

Rəsmi məlumatlara görə, 22 yaşlı Əmini infarkt keçirib, lakin etirazçılar İran hüquq-mühafizə orqanlarını məhbusu döyərək öldürməkdə ittiham edirlər. Oktyabrın 7-də Məhkəmə Tibb Xidməti qızın ölümündən əvvəl xəsarət almadığı barədə məlumat yayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Ən çox oxunanalar