Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərid Şəfiyev dövlət qurumlarına çağırış etdi

“Azərbaycan Cənubi Qafqazdakı reallıqlar fonunda yeni dövrə qədəm qoyub”. 

Oxu Az-ın məlumatına əsasən, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə heyətinin sədri Fərid Şəfiyev “Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda keçirilən təlimdə deyib. 

O bildirib ki, bu, təkcə postmünaqişə mərhələsi ilə bağlı deyil: 

“Yeni çağırışlarda Rusiya - Ukrayna müharibəsi ilə bağlı bir sıra məqamlar dayanır. İkinci məsələ İran - Azərbaycan münasibətləri ilə bağlıdır. Həmçinin İran - Qərb münasibətləri, İran daxilindəki vəziyyət, nüvə silahı ilə bağlı danışıqlar və pandemiyadan sonra yaranan durum yeni çağırışlara əsas verir”.

Fərid Şəfiyev qeyd edib ki, Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı proseslər dördüncü istiqamət kimi götürülə bilər. 

“Bizim xarici siyasətdə Azərbaycan - Ermənistan sülh danışıqları məsələsi də əsas məsələlərdəndir. Azərbaycan Ermənistanın təxribatlar törətməsi üçün potensialını düzgün qiymətləndirməlidir. Rəqibi potensialını bilmək vacibdir”, - deyə o əlavə edib. 
 
Fərid Şəfiyev bildirib ki, 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalardan sonra müvafiq dövlət qurumları brifinqlər keçirmədilər.

Azərbaycanın dövlət qurumları belə brifinqlər, mətbuat konfransları keçirməlidir”, - deyə o bildirib. 

Qeyd edək ki, media nümayəndələri üçün keçirilən təlimin təşkilatçıları BTMT və MEDİA Agentliyidir. 

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Braziliyanın nazir müavini: COP30 COP29-da əldə edilmiş razılaşmalardan istifadə edəcək

Bu hərbçilərin maaşları dəyişdi - Baş nazir qərar imzaladı

Ən çox oxunanalar