Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özbəkistan Şərqi Zəngəzurun rəqəmsallaşmasında iştirak edəcək

Özbəkistan Şərqi Zəngəzurda rəqəmsallaşma ilə bağlı layihələrin həyata keçirilməsində maraqlıdır.

Bunu “Report”a müsahibəsində sabiq rabitə və yüksək texnologiyalar naziri, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov deyib.

Ə.Abbasov hesab edir ki, Zəngəzur dəhlizinin açılışından sonra həmin layihələri bu istiqamətdə də həyata keçirmək mümkündür:

“Hazırda Avropa İttifaqının “EU4digtal” layihəsinin ikinci mərhələsi başlayıb. Bu da 2022-20226-cı illəri əhatə edəcək. Bu layihə çərçivəsində “Rəqəmsal transformasiyaya dəstək” proqramı həyata keçirilir. Bizim institut onların Ekspertlər Şurasında təmsil olunur. Layihəyə rəhbərliyi isə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. Burada çox geniş loqistika-nəqliyyat layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmadığı üçün Zəngəzur dəhlizi açılmayıb. Amma hazırda Şərqi Zəngəzur var və biz həmin layihələri bura yönəldəcəyik. Hətta Özbəkistan da bu layihədə çalışmağa hazırdır. Hazırda onlarla birlikdə ortaq layihə hazırlayırıq".

Onun sözlərinə görə, İSİ-nin Qarabağda həyata keçirəcəyi layihələrdə dövlət vəsaiti ilə yanaşı xarici investisiya və qrantlardan da istifadə ediləcək:

"Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” layihəsinə Mərkəzi Asiya ölkələrini də cəlb etməkdə maraqlıdır. Həmçinin Özbəkistanın İnnovativ İnkişaf Nazirliyi ilə Azərbaycanın Elmlər Akademiyasının dəstəyi ilə müsabiqə elan edilib. Həmin layihə özündə Asiyadan Avropaya gedən yolların loqistik problemlərinin rəqəmsallaşmasını ehtiva edir. Layihənin dəyəri təxminən 300 min ABŞ dolları təşkil edir.

Müsabiqədə Azərbaycanın İdarəetmə Sistemləri İnstitutu Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə birgə iştirak edir. Arzu edərdik ki, layihənin icrasına qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və Zəngəzur dəhlizi açılanda onun üçün töhfələr verək”.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub - Fotolar

Tağı Əhmədovun toydan yeni görüntüsü - Video

Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər

“Banu”nun Güneli illər sonra üzə çıxdı - paylaşımı ürək sızlatdı - Video

Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır

İstirahətə gedən zaman soyuducuya qəpik qoyun - Səbəb

Aygün Namiqdən gileyləndi: "Məni xoşbəxt edə bilmədin"

Paşinyan niyə Lukaşenkonu hədəf seçdi? - Tarasov

Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - Yenilənib

İyunun ortaları bu bürclər üçün çox uğurlu olacaq

Donald Tramp: "Zelenski bütün siyasətçilər arasında ən böyük tacirdir"

Ən çox oxunanalar