Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lukaşenkonun səhhəti pisləşib və onun iş qabiliyyətini itirməsi belə istisna olunmur...

Rusiya mətbuatı: Minskdən gələn xəbərlərdə Lukaşenkonun səhhətinin kəskin şəkildə pisləşdiyi bildirirlir...

PİA.az xəbər verir ki, Belarus prezidentinin səhhətinin pisləşməsi ölkə daxilində siyasi hərəkətliliyin artması ilə əlaqəlidir. Qeyd edilir ki, ətrafında baş verənlər Lukaşenkonu narahat edir və prezident hər şeyə qıcıq olur. Lukaşenkonun ətrafından bildiriblər ki, o hər dəqiqə püskürəcək vulkan kimidir.

Hesab olunur ki, Lukaşenkonun səhhətindəki problemlər və əsəblərinin həddindən artıq pozulması Xarici işlər naziri Vladimir Makeyin onunla görüşündən sonra infarkt keçirməsidir. Belə ehtimal olunur ki, Lukaşenkonun Makeylə həddindən artıq sərt danışması onun infartktına səbəb olub.

Məlum olub ki, Makey son zamanlar Avstriyanın vasitəçiliyi ilə sülh prosesi ilə bağlı Vatikanla danışıqlar aparırmış. Lukaşenko isə son zamanlar Moskvanın ağır təzyiqləri ilə üzləşib. Moskva ondan müharibəyə qoşulmasını tələb edir.

Bir neçə kanaldan isə Lukaşenkonun hakmiyyətdən uzaqlaşdırılması ilə bağlı şayilər yayılır. İki gün əvvəl Belarus parlamentinin yuxarı palatasının sədri Moskvaya gedib. Bunun ardınca isə Makey qəfildən ölüb. Minskdə bütün bu baş verənlər isə qarışıqlıq və naməlumluq yaradıb. Lukaşenko isə baş verənləri şərh etməkdən imtina edir.

Yaranmış vəziyyətlə bağlı bir neçə versiya irəli sürülsə də, onların hansının doğru, hansının yalan olduğunu aydınlaşdırmaq çox çətindir.

Lukaşenko ilə bağlı vəziyyət isə hazırda 2020-ci ildəkindən qat-qat pisdir. Politoloq Dmitri Bolkunets hesab edir ki, yaxın zamanlarda Lukaşenko iş qabiliyətini belə itirə bilər. Bu zaman isə Belarusda daxili münaqişələr ölkəni öz ağuşuna alacaq. Hər şeydən əvvəl yerli siyasi elita bir-birləri ilə didişəcək və xarici müdaxilələr də bura əlavə edilərsə, onda Belarusda xaos qaçınılmaz ola bilər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Ən çox oxunanalar