Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DÇ-2022: Niderland millisi Seneqala qalib gəlib - Yenilənib

Qətərdə keçirilən dünya çempionatının A qrupunda ilk tura yekun vurulub.....

"Report"un məlumatına görə, qrupun ikinci oyununda Niderland millisi Seneqalla üz-üzə gəlib. "Al-Tumama" stadionunda keçirilən qarşılaşma "narıncılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 84-cü dəqiqədə Kodi Qakpo və 90+9-cu dəqiqədə Devi Klassen vurublar.

Qrupun ilk matçında ev sahibi Qətər Ekvadora eyni hesabla uduzub.

Beləliklə, birinci turdan sonra Ekvador və Niderland 3 xalla ilk iki sıranı bölüşdürür. Xalı olmayan Qətər və Seneqal isə 3-4-cü yerlərdə qərarlaşıb.

***

"Report"un məlumatına görə, 84-cü dəqiqədə fərqlənən Kodi Qakpo "narıncılar"ı hesabda önə çıxarıb.

***

"Report"un məlumatına görə, ilk yarıdan sonra qarşılaşmada hesab açılmayıb.

***

Qətərdəki dünya çempionatında Seneqal və Niderland milli komandaları arasında keçirilən A qrupunun ilk tur oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

***

Qətərdəki dünya çempionatında Seneqal və Niderland milli komandaları arasında A qrupunun ilk tur oyunu başlayıb.

"Report"un məlumatına görə, "Al-Tumama" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatında üz-üzə gələcək Seneqal və Niderland milli komandalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:

Seneqal: Eduar Mendi, Yussuf Sabali, Pape, Abu Sisse, Xalidu Kulibali, Abdu Diallo, Şeyhu Kuyate, Nampali Mendi, İdrissa Geye, Buna Sarr, Bulaye Dia, Krepin Diatta

Niderland: Andris Noppert, Denzel Dümfris, Matteys de Liqt, Vircil van Deyk, Natan Ake, Deyli Blind, Stiven Bergeys, Frenki De Yong, Kodi Qakpo, Vinsent Yanssen, Stiven Berqveyn.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

pia.az


Etiket: Futbol


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Prezident general-mayoru rütbəsindən məhrum edib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ən çox oxunanalar