Bazar ertəsi, 17 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropaya qaz tədarükü layihəsi Azərbaycanda infrastrukturun qiymətləndirilməsini nəzərdə tutur

“Avropaya təbii qaz təchizatı layihəsinin həyata keçirilməsi istiqamətində ilk addım Gürcüstan və Azərbaycan ərazilərində müvafiq infrastrukturun qiymətləndirilməsidir”.

“Report” “Sputnik-Georgia”ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili brifinqdə deyib.

“Enerji layihəsi Azərbaycan təbii qazının Gürcüstan ərazisindən Qara dəniz vasitəsilə mayeləşdirilmiş formada Rumıniyaya tranzitini nəzərdə tutur. Buradan isə enerji resursu Macarıstana və digər Şərqi Avropa ölkələrinə çatdırılacaq”, - o əlavə edib.

Onun sözlərinə görə, tədricən bu planın həyata keçirilməsinə, o cümlədən bu istiqamətdə investisiyaların cəlb edilməsinə başlanılacaq.

L.Davitaşvili vurğulayıb ki, Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın iştirakı ilə enerji layihəsinin həyata keçirilməsi məsələsi Azərbaycan Prezidenti İlham Əliyevin Tbilisiyə səfəri zamanı müzakirə olunub: “Daha sonra Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin Gürcüstana səfəri zamanı qitənin alternativ enerji təchizatı mənbələrinin əhəmiyyətindən danışıb. Beləliklə, Avropanın təbii qaz təchizatı ilə bağlı alternativ mənbələrinə xüsusi maraq göstərdiyi, hər kəsin enerji təchizatının şaxələndirilməsindən danışdığı bir vaxtda bu layihə xüsusi əhəmiyyət kəsb edəcək”.

pia.az 


Etiket: Qaz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub - Fotolar

Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər

Qəzzada həlak olan fələstinlilərin sayı 37,3 mini keçib

Beynəlxalq Konfransda Ukrayna üzrə yekun sənədi 91 ölkədən 80-i dəstəklədi

Sərxan Kamallının ölüm səbəbi açıqlandı - Yenilənib

Bayramlarla əlaqədar bölgələrə axın müşahidə edilir

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ANS-də “yarpaq tökümü” - Heç biri 50 yaşa çatmadı...

Məkkədə Həcc ziyarəti zamanı 6 zəvvar istidən ölüb

Ən çox oxunanalar