Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşaya endirilən raket zərbələrinə beynəlxalq güclərdən sərt reaksiya – İcmal…

Polşaya Rusiya tərəfindən atıldığı ehtimal edilən raketlərdən sonra NATO üzvü olan ölkənin müdafiəsi məsələsi gündəmə gəlib…

PİA.az dünən axşam saatlarında Polşaya düşən raketlərlə bağlı dünya ölkələrinin verdikləri reaksiyaların icmalını təq dim edir.

ABŞ yetkilisi: Raketlər Rusiya mənşəlidir

Associated Press-ə danışan yüksək rütbəli ABŞ rəsmisi Polşaya düşən raketlərin Rusiya mənşəli olduğunu və 2 nəfərin həlak olduğunu bildirib. Pentaqonun verdiyi açıqlamada, “Məsələni izləyirik, spekulyasiya etmək istəmirik. NATO-nun hər qarış ərazisinin qorunması ilə bağlı mövqeyimiz bəllidir”, ifadələri işlədilib.

NATO: Araşdırırıq

“Biz bu xəbəri araşdırırıq və müttəfiqimiz Polşa ilə sıx koordinasiyadayıq”, deyə NATO Polşada raket zərbələri ilə bağlı bildirib.

Latviya müdafiə nazirinin “Maddə 4” çağırışı

Latviyanın müdafiə naziri Artis Pabriks NATO ölkəsinə ərazi bütövlüyü, müstəqilliyi və ya təhlükəsizliyinin təhdid altında olduğunu düşündüyü zaman müttəfiqləri ilə məsləhətləşmələr aparmağa imkan verən 4-cü maddəni aktivləşdirməyə çağırıb.

Pabriks Twitter hesabındakı paylaşımında Polşaya başsağlığı verib. Günahkarın Rusiyanın olduğunu iddia edən Pabriks, "Rusiya rejimi təkcə Ukrayna vətəndaşlarını hədəf alan raketlər atmaqla kifayətlənmədi, həm də Polşanı - NATO ərazisini atəşə tutdu. Latviya Polşa dostlarının yanındadır və bu cinayəti pisləyir”, deyə bildirib.

Bir NATO ölkəsinin ərazi bütövlüyü, müstəqilliyi və ya təhlükəsizliyinin təhdid altında olduğunu düşündüyü zaman müttəfiqləri ilə məsləhətləşməyə icazə verən 4-cü maddəni xatırladan Pabriks, “İlk reaksiyam bu mövzuda 4-cü maddəni xatırlatmaq olardı”, deyib.

4-cü maddə nə deyir?

4-cü maddədə deyilir ki: “Tərəflərdən hər hansı biri tərəflərdən birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhdid edildiyini hesab etdikdə, bütün tərəflər birlikdə məsləhətləşməlidir”.

5-ci maddə də gündəmə gəldi

Polşaya endirilən raket zərbəsindən sonra NATO-nun 5-ci maddəsi gündəmə gəlib. Adıçəkilən maddə mümkün müharibə zamanı alyansa üzv ölkəyə hərbi dəstək verməsi ilə bağlı ümumi müdafiə maddəsi hesab olunur.”
NATO-nun baş katibi Yens Stoltenberq tərəfindən "NATO-nun nüvəsi” olaraq şərh etdiyi bu maddə kənar hücuma qarşı birgə müdafiəni nəzərdə tutur. Yəni NATO üzvü olan bir ölkəyə müharibə elan etmək bütün NATO ölkələrinə müharibə elan etmək deməkdir. Sözügedən maddə yalnız ABŞ-da 11 sentyabr terror aktından sonra gündəmə gəlib.

“Vaşinqton Müqaviləsi” ilə müəyyən edilmiş 5-ci maddə ilə bağlı qətnamədə “Tərəflər Şimali Amerikada və ya Avropada onlardan birinə və ya bir neçəsinə qarşı silahlı hücumun hamısına qarşı hücum hesab ediləcəyi və belə bir hücum baş verərsə, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, müdafiə haqqından istfadə edə bilər. Hücuma məruz qalan Tərəfə və ya Tərəflərə fərdi və ya kollektiv özünümüdafiə hüququndan istifadə edərək, fərdi və kollektiv yardımı zəruri hesab edilən tədbirləri, o cümlədən silahlı qüvvədən istifadə etməklə köməklik göstərməyi razılaşdırırlar”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Əməkdar artist vəfat edən xanımından danışdı

Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü? - Açıqlama

Bank kartlarından oğurluq halları artıb: Qarşısını necə almalı?

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

Ən çox oxunanalar