Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadan Gürcüstana pul köçürmələri dörd dəfə artıb

İlin əvvəlindən Gürcüstana bütün dünyadan 3,3 milyard dollar vəsait köçürülüb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 74% çoxdur...

Bu ilin yanvar-oktyabr aylarında Rusiyadan Gürcüstana pul köçürmələrinin həcmi 1,4 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur.

Bu barədə Gürcüstan Milli Bankının çərşənbə axşamı dərc olunmuş məlumatında deyilir.

Gürcüstana pul köçürmələrinin həcminə görə Rusiya birinci yerdədir. İkinci yerdə İtaliyadır. On ay ərzində Gürcüstan bu ölkədən 352,7 milyon dollar alıb ki, bu da ötən illə müqayisədə 11,7% çoxdur.

Qonşu ölkəyə pul köçürmələrinin həcminə görə üçüncü yerdə ABŞ-dır. 2021-ci ilin yanvar-oktyabr aylarında bu ölkədən Gürcüstana 264 milyon dollar köçürülüb ki, bu da 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 13% çoxdur.

Ümumilikdə, ilin əvvəlindən Gürcüstana bütün dünyadan 3,3 milyard dollar vəsait köçürülüb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 74% çoxdur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay