“Trampizm” Amerika cəmiyyətində qorxu və paranoya yaradır…
ABŞ-da iki qarşıduran cəbhə formalaşıb. Onlardan biri demokratik, digəri isə antidemokratiktir. PİA.az xəbər verir ki, ABŞ-ın siyasi reallığını The Guardian təhlil edib.
Qəzet yazır ki, antidemokratik cəbhənin əsas sima cizgilərindən biri qəddar qəzəbdir. və bu sima seçkilərin nəticələrini qəbul etmək istəmir. Başqa sözlə bu antidemokratik cəbhənin adı “Trampizm”dir.
“Trampistlər” öz rəqiblərinə qarşı kobud atmacalarla çıxış edir və onları aşağılamağa çlışırlar.
The Guardian qeyd edir ki, “Trampistlər” bu yolla Amerika cəmiyyətinə nifrət paranoya toxumları səpirlər. Bir çox amerikalılar isə bundan qorxu hissi keçirirlər və bu qorxu hissi hakimiyyət, işverənlər, icaradarlar, sığorta şirkətləri qarşısında acizləşdirir. Eyni zamanda qorxu panikasına qapılan insanlar “Trampist” ideologiyanın “asan ovlanan ovuna” çevrilirlər.
pia.az