Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Patruşevin İran səfəri - Tehran Moskvanı birləşdirən maraqlar nələrdir?..

İranın Rusiyaya silah satması bu ölkə üçün hansı nəticələr doğura bilər?..

Siyasi-şərhçi: “İran dronları Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin əsas elementlərindən birinə çevrilərək Rusiyaya yeni nəfəs bəxş etdi”.

Rusiyadan sonra İranın da növbəti bir batağlıqa düşməsi an məsələsidir”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli İranın Rusiyaya dron verməsinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrandan daha çox pilotsuz uçuş aparatları və ballistik raketlər almaq üçün Tehrana gedib. Rusiya onsuz da gərgin günlər yaşayan və beynəlxalq aləmdən təcrid olunan İranı daha çox bataqlığa sürükləyir.

İranın Rusiyaya silah satması bu ölkə üçün hansı nəticələr doğura bilər və İran dronlarının Ukrayna şəhərlərini və mülki insanları hədəf götürməsi ilə Rusiya Ukrayna müharibəsində qalib gələ biləcəkmi?

Mövzunu PİA.az-ın əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “İranın Rusiyaya tərəf olmasının səbəblərindən biri də onların gələcəyi ilə bağlıdır. İran çöx gözəl anlayır ki, Rusiya tam çökərsə, o da məhv olmağa məhkum olacaq”.

İranın bu münaqişədə Rusiyanın məğlub olmasını və parçalanmasını qətiyyən istəmədiyini düşünən siyasi-şərhçi PİA.az-a bildirib ki, Tehranın Rusiyaya yardımı bir yerə qədər olacaq və sonda o da tükənəcək:

“Bildiyiniz kimi, rəsmi Tehran aylardır Ukraynaya qarşı İran dronlarının istifadə edilməsi ilə bağlı xəbərləri təkzib edirdi. Amma çoxsaylı faktlarla üzləşəndən sonra sonunda məcbur qalaraq Moskvaya silah satdığını etiraf etdi. Öncə inkar etməsi, bu məsələni gizli saxlamaq istəyi, İranın kartları açıq oynamaqdan çəkinməsinin göstəricisidir. Yekunda, hər şeyin ortaya çıxmasını istəməməsinə rağmən İranı bu münaqişədə tərəf etdi .

İran dronları Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin əsas elementlərindən birinə çevrilərək Rusiyaya yeni nəfəs bəxş etdi. İran rus ordusunu müasir dronlarla təchiz etməsəydi, onun Ukraynanın elektrik infrastrukturuna və digər enerji mənbələrinə qarşı zərbələri daha az effektiv olacaqdı.

Fikrimcə, İranın Rusiya yöndən tərəf olmasının səbəblərindən biri də bu iki ölkənin gələcəyi ilə bağlıdır. İran çöx gözəl anlayır ki , Rusiya tam çökərsə, o da məhv olmağa məhkum olacaq. Eyni zamanda bölgədə Qərbin Rusiyadan sonraki hədəfinin də məhz İranın da olmasını bilirlər.

Kamran Məmmədli: “ABŞ və müttəfiqləri yaxın zamanda İranı həm daxili çaxnaşmalar ilə, həm də kənardan, qonşu ölkələri vasitəsi ilə problemlər içində boğaraq Rusiyadan aralamaq istəyəcək”.

Bu səbəbdən İran bu münaqişədə Rusiyanın məğlub olmasını və parçalanmasını qətiyyən istəmir. Çünki çox keçmədən Ruisyanın taleyini İran da yaşayacaq. Bütün bunlara baxmayaraq, düşünürəm ki, İranın Rusiyaya yardımı da bir yerə qədər olacaq və sonda o da tükənəcək. Fikrimcə, ABŞ və müttəfiqləri yaxın zamanda İranı həm daxili çaxnaşmalar ilə, həm də kənardan qonşu ölkələr vasitəsi ilə problemlər içində boğaraq Rusiyadan aralamaq istəyəcək.

Bu planın artıq işə düşdüyünü də deyə bilərik. İranın müxtəlif şəhərlərində etiraz aksiyalarının başlanılması, İranın Səudiyyə Ərəbistanına hücum edə bilər xəbərlərinin mediada yayılmasıda planın tərkib hissəsidir. Artıq indidən İranın ayrıca bir batağlıqa sürüklənməsinin zəmin hazırlanır. Hesab edirəm ki, yaxın zamanda İran rejiminə qarşı çox ciddi addımlar atılacaq.

O ki qaldı, bunun Rusiya-Ukrayna müharibəsinə təsirinə, əlbətdə İranın bu köməyi Rusiyaya yeni nəfəs verərək ömrünü uzatdı. Ancaq düşünürəm ki, İranın başının daxili problemlərə qarışması və NATO-nun İran dronlarına qarşı yeni müasir silahlarla Ukrayna ordusunu təchiz etməsi Rusiyanın qələbəsinə imkan verməyəcək. Rusiyadan sonra İranın da növbəti bir batağlıqa düşməsi an məsələsidir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay