Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Korotçenko: Ermənistan üçtərəfli bəyanat çərçivəsində öhdəliklərini yerinə yetirmir

“Ermənistan 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası İrəvan tərəfindən bilərəkdən yubadılır”...

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko “Telegram” kanalında yazıb.

Korotçenko iki il əvvəl üçtərəfli bəyanatın, İkinci Qarabağ müharibəsində Ermənistanın de-fakto kapitulyasiya aktının imzalandığını, İrəvanın üzərinə bir sıra öhdəliklər götürdüyünü, lakin onların əksəriyyətinin Paşinyan hökuməti tərəfindən hələ də yerinə yetirilmədiyini xatırladıb: ”Bu gün vəziyyət necə görünür:

Ermənistanın qanunsuz silahlı birləşmələri və Ermənistan ordusunun nizami hərbi qulluqçuları Qarabağ ərazisində qalmaqda davam edir.

▪ Zəngəzur dəhlizi işə salınmayıb, üstəlik, bu yaxınlarda Soçidə keçirilən sammitdə Paşinyan bu öhdəliyi yerinə yetirməkdən ümumiyyətlə imtina edib.

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası İrəvan tərəfindən bilərəkdən yubadılır.

▪ İşğaldan azad edilmiş ərazilərdə ermənilərin minalanmış sahələrinin xəritələri Azərbaycana təhvil verilməyib.

▪ Qarabağda erməni separatçı administrasiyasının qanunsuz fəaliyyəti davam edir. Üstəlik, qondarma “DQR”i canlandırmaq üçün beynəlxalq erməni diasporlarının himayədarı olan milyarder Ruben Vardanyanın fiquru oyuna salınıb.

Ermənistan tərəfi mütəmadi olaraq silahlı təxribatlar və insidentlər təşkil edir, təmas xəttində Azərbaycan mövqelərini atəşə tutur, minalamaq və təxribat törətmək üçün Azərbaycan ərazisinə basqınlar edir.

▪ İrəvanın səyləri ilə regiona kənar oyunçular – Aİ (məşhur “müşahidə” missiyası), ATƏT, Fransa və ABŞ cəlb olunur, hansıların ki, məqsədi Cənubi Qafqazda sabitliyi pozmaqdır”,- deyə rusiyalı ekspert yazıb.

pia.az


Etiket: Korotçenko


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar