Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq icra başçısı borc qalmaqalından danışdı: "Şikayət etmişəm..."

“Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin məndən pul alması ilə bağlı yayılan məlumat doğrudur”...

Bu sözləri Bakupost.az -a açıqlamasında Zəngilanın sabiq icra başçısı İlham Hüseynov bildirib.

“Bəli, o, məndən 10 min pul alıb. Amma onun cüzi hissəsini qaytarıb, qalanı qalıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmişəm".
Pulun hansı məqsədlə alındığı barədə sualımıza isə sabiq icra başçısı belə cavab verib:

"Lazım olanda hüquq-mühazifə orqanları bu barədə açıqlama verəcək".
Qeyd edək ki, son parlament seçkiləri vaxtı İlham Hüseynov Anar Əsədlinin seçki qərargahının sədri olub.

Əlavə edək ki, AY Partiyasının sədri A.Əsədlidən mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov da şikayət edib. Belə ki, Partiya sədri Oqtay Qasımova 150 min dollar borclu olduğu və həmin pulu qaytarmadığı üçün ikinci DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ünvanlayıb.

AY Partiyanın mətbuat xidmətinin məsələ ilə bağlı yaydığı ilkin məlumatda isə partiya sədri A. Əsədlinin polisə çağırılmasına səbəb kimi "təşkil edilən şikayət" göstərilib. Həmçinin əlavə olunub ki, həmin şikayətlər əsasında AY Partiyaya təzyiq göstərmək istəyirlər: "AY Partiya bəyan edir ki, bu hərəkətlərlə partiyanı, onun başqanını, funksionerlərini və üzvlərini siyasi fəaliyyətdən, yürüdüyü yoldan döndərmək mümkün olmayacaq".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ən çox oxunanalar