Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürdəmirin mərkəzində antisanitariya: Sakinlər kanalizasiya probleminin həllini gözləyir

Kürdəmir şəhərində kanalizasiya xətlərində yaranmış bərbad vəziyyət natəmizliyə yol açaraq antisanitariya şəraitinə gətirib çıxarıb...

Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna şəhərin Xanlar Səfərəliyev, Mirzağa Əliyev və Məhəmməd Hadi küçələrinin sakinləri məlumat veriblər.

Qeyd edilib ki, şəhərin mərkəzi küçələrində kanalizasiya xətləri acınacaqlı vəziyyətə düşüb və sakinlər illərdir xətlərin yararsız olmasından təngə gəliblər. Hər dəfə aidiyyəti qurumlar onlara müxtəlif vədlər versə də, bu günədək heç bir dəyişiklik olmayıb.

Sakinlərin sözlərinə görə, uzun illərdir kanalizasiya xətlərində yaranan problemlərlə əlaqədar küçələrdə hökm sürən antisanitar vəziyyətlə yaşamaq məcburiyyətində qalıblar.

Araşdırmalarla məlum olub ki, adıçəkilən mərkəzi küçələrdə 200-dən çox fərdi yaşayış evi yerləşir və burada 1000-dən çox sakin yaşayır. Küçələrin kanalizasiya sistemi isə 1979-ci ildə tikilsə də, bu müddət ərzində tamamilə sıradan çıxıb. Ona görə də xətlərin əsaslı təmirinə ehtiyac yaranıb. Çünki görünən odur ki, hər dəfə yağış yağanda kanalizasiya xətləri su ilə dolur və küçələrlə yanaşı, yaşayış evlərinin həyətləri də suya qərq olur. Bu isə həm insanların, həm də nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.

Ona görə də sakinlər bildirirlər ki, küçədə yığılan yağış sularını hər dəfə müxtəlif texnikalarla çəkdirməyə məcbur olurlar. Onların sözlərinə görə, xətlərin sıradan çıxması yay aylarında ətrafa üfunət qoxusu yaydığı kimi, qış aylarında da küçələrdə hərəkəti çətinləşdirir. Belə ki, azyaşlı uşaqlar məktəbə gedərkən xeyli çətinlik çəkirlər. Əsasən, qış aylarında valideynlər uşaqlarını küçələrdə yığılmış yağış sularından qorumaq üçün məktəbə qucaqlarında aparıb gətirməli olurlar.

Sakinlər mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, hər dəfə müxtəlif vədlərlə onları problemlərin aradan qaldırılacağına inandırıblar. Amma indiyədək bununla bağlı heç bir əməli iş görülməyib. Hazırda küçə sakinləri ərazidə kanalizasiya xətlərinin yenidən qurulması üçün aidiyyəti qurumlardan kömək istəyirlər.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Report”un yerli bürosuna açıqlamasında bildirib ki, mövcud vəziyyətdən xəbərdardırlar. O, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Kürdəmir şəhərinin içməli su təchizatının tamamilə yenidən qurulduğunu və yeni magistral şəbəkə xətlərinin hər birinin təmir olunduğunu xatırladıb: "Amma kanalizasiya infrastrukturunun yenidən qurulması layihəsi həyata keçirilməyib".

A.Cəbrayıllı vurğulayıb ki, kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı "Azərsu" ASC tərəfindən hökumətə müraciət olunub: "Vəsait ayrılacağı təqdirdə Kürdəmir şəhəri, eyni zamanda, Ucar, ZərdabHacıqabul şəhərlərinin tullantı su infrastrukturu yenidən qurulacaq".

pia.az


Etiket: Kürdəmir

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"

Ən çox oxunanalar