Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN: Bu il 113 cinayətkar qrup zərərsizləşdirilib

Bu ilin 9 ayında keçirilmiş əməliyyat tədbirləri ilə 289 nəfərdən ibarət 113 cinayətkar qrup zərərsizləşdirilib..

PİA.az xəbər verir ki, bu barədə DİN-in kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, 9 ayda respublika üzrə axtarışda olanların 81,4 faizi tutularaq istintaqa təhvil verilib. Cinayət işləri və xırda talamalar nəticəsində vətəndaşlara vurulmuş ziyanın təxminən 90 faizə qədəri ödətdirilib.

Həmin müddətdə qanunsuz dövriyyədən 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 293 kiloqram çox, yəni ümumi dəyəri 40 milyon manat təşkil edən 3 ton narkotik vasitə və 300 kiloqramdan artıq psixotrop maddə, o cümlədən narkotiklərin onlayn satışı ilə bağlı 241 fakt müəyyən edilərək qeyri-leqal dövriyyədən 1 ton 400 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə də davamlı iş aparılıb. Xüsusi əməliyyat planı üzrə keçirilən tədbirlərlə ümumi çəkisi 25 tona yaxın olan çətənə və xaş-xaş kolu, eləcə də yabanı halda bitmiş 166 tondan çox həmin növ bitki aşkarlanaraq məhv edilib.

pia.az 


Etiket: DİN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan nazirləri ilə bağlı maraqlı faktlar - Siyahı

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib

Tezliklə əlinə çoxlu pul gələcək 4 bürc açıqlandı

AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaldır - Yenilənib

Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib, saxlanılanlar var - Video

Bakı Abadlıq Xidməti bir sıra binaların rənglənməsi məsələsinə aydınlıq gətirib

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

Qurban bayramı ərəfəsində mal bazarında vəziyyət necədir?

Ən çox oxunanalar