Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda inanılmaz göz əməliyyatı - Foto

Tanınmış həkim, oftalmoloq doktor Cahid Şahbazov Azərbaycan, Rusiya və bütün Qafqazda bir ilki gerçəkləşdirib...

O, gözdaxili təzyiqin qeyri-invaziv tənzimlənməsinə imkan verən “EyeWatch” qlaukoma (Qara su xəstəliyi – red.) implantı əməliyyatını icra edib.

C.Şahbazov əməliyyatla bağlı fikirlərini belə dilə gətirib:

“Bu, çox yenidir, əvvəllər çarəsi olmayan və əməliyyatlarında fəsad yaşadığımız qara su xəstələri üçün bir qapıdır. Dünyada bununla bağlı maksimum 30 əməliyyat gerçəkləşdirilib.

Türkiyədə 4 əməliyyat icra olunub. Bizim ölkədə isə bu əməliyyat icra olunmamışdı. İcra olunub deyən varsa, şərh bölümündə yaza bilər.

Əməliyyatın üstünlüyü qara su xəstələrində yaşanılan fəsadların qarşısının alınmasıdır.

Kosmik texnologiya kimi bir şeydir. Gözün içərisinə bir alət qoyuruq və onun təzyiqini istədiyimiz zaman artırıb-azaldırıq. Sanki krandan suyu açıb-bağlayırsan. Bunu 10 il öncə danışsaq, deyərdilər ki, elə bir şey yoxdur. Halbuki hazırda əməliyyatı real icra edirik və bunun qürurunu yaşayırıq.

Baş ofis əməliyyat videomuzu tədris metodu olaraq istifadə edəcək. Onlar bizdən görüntüləri tələb etdilər. Dünyanın dörd bir yanından həkimlər bu icra etdiyimiz əməliyyatın görüntülərinə baxıb öyrənəcəklər. Çox qürurluyam. Artıq şöhrətə, maddi rifaha qovuşmuş bir həkim olaraq məni heç nə təəccübləndirə bilməz deyə düşünürdüm. Bu əməliyyat məni həyəcanlandırdı və içimdəki peşə sevgimi artırdı, stimul verdi. Artıq səhərlər işə daha gülərüz gəlirəm.

Yeni şeylər edirik, bütün bunlar isə gələcəyə dair ümidlərimi artırır. Bu gün üçün çarəsi olmayan bir çox xəstəliyə demək ki, sabah, bir il sonra çarə tapacağıq. Belə əməliyyatlar 2 il öncə fantastika idi.

Hələ yenilik bununla da yekunlaşmır, komandam və mən bir çox Azərbaycanda edilməmiş əməliyyatları həyata keçirməyə, insanların dərdinə çarə olmağa çalışacağıq”.

Qeyd edək ki, “EyeWatch” implantını əsas idarə edən “Eyewatch” qələmidir. Qələmin bir tərəfində “Eyewatch”ın mövqeyini ölçən kompas, digər tərəfində isə klapanın açılmasını tənzimləyən maqnit var.

Fotolar

pia.az 

 

 
 


Etiket: Göz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işinin təşkili üçün işçi qruplar yaradılacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay