Bazar ertəsi, 17 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yuxarı Şirvan kanalındakı sürüşmə dəmir və avtomobil yollarına təhlükə yaradıb

Yuxarı Şirvan kanalının keçdiyi Göyçay və Ağdaş ərazisində baş vermiş sürüşmələr yaxınlıqdan keçən dəmir və avtomobil yollarına təhlükə yaradıb...

Bu barədə PİA.az-a "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-dən bildirilib.

Məlumata görə, 64 il öncə istifadəyə verilmiş və başlanğıcını Mingeçevir Su Anbarından götürən kanala su baş qurğu vasitəsi ilə ötürülür, maksimum su aparma qabiliyyəti 78 m³/san-dir. Bu ilin əvvəlindən bu günə kimi kanal vasitəsilə anbardan 1 148 milyon m3 su götürülərək, 1 044 milyon m3-i istehlakçılara çatdırılıb. Kanal üzərində 129 ədəd sadə və mürəkkəb quruluşlu hidrotexniki qurğular mövcuddur. Onlardan 36-ı suburaxıcı qapılardır. Kanal öz xətti boyunca 8 çayla kəsişir. Onların 6-sı dükerlərlə, 2-i isə akveduklar vasitəsilə həyata keçirilir. Bu çaylar Əlicançay, Türyançay, Göyçay çay, Dəvəbatan çay, Girdiman çay Nəzirçay və Ağsu çaylarıdır. Kanala bu il daha çox su ötürüldüyündən müxtəlif ərazilərdə sürüşmələr baş verib. Artıq bunun qarşısını almaq məqsədilə Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi təxirəsalınmaz işlərə başlayıb.

Suvarma məqsədi ilə inşa edilən kanalın 95 km-dən artığı torpaq məcralı, 27 km-i isə beton üzlüklüdür. Bu günə kimi Yevlax ərazisində 3,2 km, Göyçayİsmayıllı ərazisindən keçən hissədə 15 km, AğsuKürdəmir ərazisindən keçən hisssədə 15 km ərazi lildən təmizlənib. Türyançay və Göyçay çaylarının məcralarında vaxtaşırı sel sularını keçirmək üçün 3870 paqonometr uzunluğunda 90 min m3 məcra tənzimlmə işləri görülüb.

Yuxarı Şirvan Kanalının uzunluğu 122,2 km-dir. Kanal Şirvan düzünün 10 rayonunda 140 min ha əkin sahəsinə xidmət edir. Bu rayonlar Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Ağsu, Şamaxı, İsmayıllıHacıqabuldur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub - Fotolar

Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər

“Banu”nun Güneli illər sonra üzə çıxdı - paylaşımı ürək sızlatdı - Video

Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır

Aygün Namiqdən gileyləndi: "Məni xoşbəxt edə bilmədin"

Qəzzada həlak olan fələstinlilərin sayı 37,3 mini keçib

Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - Yenilənib

Beynəlxalq Konfransda Ukrayna üzrə yekun sənədi 91 ölkədən 80-i dəstəklədi

Donald Tramp: "Zelenski bütün siyasətçilər arasında ən böyük tacirdir"

Magistral yollarda bəzi hallarda sürücülər cərimələnə bilərlər 

Ən çox oxunanalar