Mal ətinin yenidən bahalaşdığı deyilir...
PİA.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Bildirilir ki, Bakıda ət satışı ilə məşğul olan müəssisələrdə 1-2 manat artım müşahidə olunur.
Qeyd olunur ki, mal ətinin minimum qiyməti hazırda 14 manat, mərkəzdəki obyekt və supermarketlərdə isə 15-16-17 manat təşkil edir.
İstifadəçilər Azərbaycanın digər regionlarında da bahalaşmanın olduğunu bildirilər.
pia.az