Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblərdə dərsliklərin verilməsi gecikir... - Kitab satışına şərait yaradırlar?

Bir çox məktəblərdə şagirdlər kitabsız məktəbə gedib gəlirlər...

Təhsil eksperti: “Əslində, orta ümumtəhsil məktəblərinə dərsliklərin verilməsi dərslər başlanan gündən sonra 1 həftə ərzində tamamlanmalı olan bir prosesdir. Amma təəsüflər olsun ki, müvafiq qurumların məsuliyyətsizliyinə görə dərsliklər hələ də müəyyən məktəblərdə və bəzi siniflərdə şagirdlərə təqdim olunmayıb”.

“Ümumiyyətlə, bizdə dərsliklərlə bağlı çox ciddi problemlər var. Bu istiqamətdə təcili və əməli işlər aparılmalıdır”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi orta məktəblərdə dərs çatışmamazlığının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Artıq 3-cü həftədir ki, orta məktəblərdə dərslər başlayıb, amma şagirdlərə kitablar verilməyib. Şagirdlər kitabsız məktəbə gedib gəlirlər. Valideynlər kitab satışı yerlərindən öz pulları ilə kitab alır, pdf-dən çap edir, imkanı olmayanlar isə bundan məhrumdurlar.

Bəs kitabların məktəblərə belə gec paylanması hansı səbəblərdən ola bilər və Elm və Təhsil Nazirliyi haraya baxır?

Məktəblərdə yaşanan dərslik problemlərini PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Görünən odur ki, kitabların məktəblərə qəsdən gecikdirilməsi kitabların satılmasına şərait yaratmaq üçündür”.

Şagirdlərin hər birinin vaxtında dərsliklərlə təmin olunmalı olduğunu vurğulayan ekspert bildirib ki, vəsaitlərin gecikməməsi üçün məktəblərdə vaxtında kompleksləşmə aparılmalıdır:

“Əslində, orta ümumtəhsil məktəblərinə dərsliklərin verilməsi dərslər başlanan gündən sonra 1 həftə ərzində tamamlanmalı olan bir prosesdir. Amma təəsüflər olsun ki, müvafiq qurumların məsuliyyətsizliyinə görə dərsliklər hələ də müəyyən məktəblərdə və bəzi siniflərdə şagirdlərə təqdim olunmayıb. Dərsliklərin məktəblərə vaxtında təqdim olunmamasının səbəbi nəşriyyatlara vaxtında dərsliklərin verilməməsi və başqa amillərdir.

Bu gün valideynlər təhsil alan övladı üçün dərslikləri pulnan almalı deyil. Çünki dərslikləri dövlət verir. Əgər icbari təhsildirsə, konstitusiyaya uyğun olaraq da bütün vəsaitlər pulsuz olmalıdır. Amma görünən odur ki, kitabların məktəblərə qəsdən gecikdirilməsi kitabların satılmasına şərait yaratmaq üçündür. Məsələ odur ki, şagirdlərə paylanılmalı olan kitablar indi satış yerlərində yer alır. Bu məsələ aydınlaşdırılmalıdır.

Elçin Əfəndi: “Məsələ odur ki, şagirdlərə paylanılmalı olan kitablar indi satış yerlərində yer alır. Bu məsələ aydınlaşdırılmalıdır”.

Ümumiyyətlə, bizdə dərsliklərlə bağlı çox ciddi problemlər var. Bu istiqamətdə təcili və əməli işlər aparılmalıdır. Bunun üçün müvafiq komissiya formalaşdırılmalıdır. Həmin komissiyanın üzvləri də yalnız milli şəxslərdən təyin olunmalıdır ki, dərsliklərdə əleyhimizə olan materiallardan istifadə edilməsin. Burada da əsas yük Elm və Təhsil Nazirliyinin üzərinə düşür.

Bu gün ölkədə 4440 çox orta ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Burada da 1 milyon 600 mindən çox şagird təhsil alır. Bu şagirdlərin də hər biri vaxtında dərsliklərlə təmin olunmalıdır. Vəsaitlərin gecikməməsi üçün məktəblərdə vaxtında kompleksləşmə aparılmalıdır. Çünki dərsliklərin gecikməsi şagirdlərlə bərabər müəllim üçün də problemlər yaradır. Hər bir şagirddə vəsait olmadığına görə müəllim mövzunu keçsin-keçməsin sıxıntısında qalır. Belə sıxıntıların qarşısı da mütləq alınmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Əməkdar artist vəfat edən xanımından danışdı

Ən çox oxunanalar