Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

Sanksiyaların təşəbbüskar qismində Almaniya, Danimarka, İspaniya, İtaliya, Fransa və Çex Respublikası çıxış edib...

Avropa İttifaqının (Aİ) bir neçə ölkəsi qadınların etiraz aksiyalarının yatırılmasına cavab olaraq İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı təkliflər hazırlayıb. Qara siyahıya 16 fiziki şəxs və təşkilatın əlavə edilməsi təklif olunur.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat yayıb.

Sanksiyaların təşəbbüskar qismində Almaniya, Danimarka, İspaniya, İtaliya, Fransa və Çex Respublikası çıxış edib.

Xatırladaq ki, İranda etiraz aksiyaları sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb. Rəsmi versiyaya görə, qız baş örtüyünü düzgün taxmadığına görə saxlanılıb. O, dindirilmə zamanı infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

"Eagle Partner 2024" təlimi: Azərbaycan, Rusiya və İran hədəfdə

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Ən çox oxunanalar