Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KTMT missiyası təklif hazırlayıb

KTMT missiyası Ermənistan-Azərbaycan sərhədində deeskalasiya üçün təkliflər hazırlayıb...

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının qrupu Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün təkliflər hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a KTMT-nin Birgə Qərargahının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilir ki, bu gün Ermənistanın Müdafiə Nazirliyində KTMT-nin bu ölkədəki missiyası qrupunun işinin yekunlarına dair iclas keçirilib. Qrupa rəhbərlik edən general-polkovnik Anatoli Sidorov Ermənistanla Azərbaycan arasında sərhəddə müəyyən ərazilərdə vəziyyətin təhlilinin nəticələri, əsas nəticələr və müvafiq tədbirlərə dair təkliflər haqqında Ermənistanın müdafiə nazirinə məlumat verib.

Bildirilir ki, konstruktiv fikir mübadiləsi aparılıb. Hazırlanan təkliflər yaranmış gərginliyin azaldılmasına yönəlib.

Qeyd edək ki, Müdafiə Nazirliyində keçirilən görüşdən sonra KTMT missiyasının qrupu Moskvaya yola düşüb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Ən çox oxunanalar