Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Hərəkatçılar Birliyindən 15 Sentyabr - Bakının Qurtuluş Günü ilə bağlı təklif

Azərbaycanı soyqırımdan qurtarmaq üçün Nuri Paşanın komandanlığı altında yola çıxan Türk Qafqaz İslam Ordusu 1918-ci il 15 Sentyabr tarixində başkənd Bakıya girərək görəvini uğurla tamamladı...

Milli Hərəkatçılar Birliyi (MHB) 15 Sentyabr - Bakının Qurtuluş Günü münasibətilə bildiri yayıb.

Həmin bildirini təqdim edirik:

"Dəyərli yurddaşlar!

Azərbaycanı soyqırımdan qurtarmaq üçün Nuri Paşanın komandanlığı altında yola çıxan Türk Qafqaz İslam Ordusu 1918-ci il 15 Sentyabr tarixində başkənd Bakıya girərək görəvini uğurla tamamladı: Bakını bolşevik-erməni işğalından azad etdi!

Bu önəmli tarixi hadisənin 104-cü ildönümüdür. Biz MHB olaraq daha öncəki açıqlamalarımızda bu günü əbədiləşdirmək məqsədilə bir sıra tədbirlər həyata keçirilməsini tələb etmişdik. Təəssüf ki, aradan keçən müddət ərzində Azərbaycan hökuməti bu tələbləri həyata keçirmədiyi kimi, onlara münasibət də bildirməmişdir.

1918-ci ilin İyun-Sentyabr aylarında Azərbaycanı işğalçı erməni-bolşevik qoşunlarından təmizləyən və 15 Sentyabr tarixində Bakını işğaldan qurtaran Qafqaz İslam Ordusunun tarixi xidmətlərini, Azərbaycan-Türkiyə qardaşlağının bu möhtəşəm nümunəsinin əziz xatirəsini layiqincə yaşatmaq məqsədilə təklif edirik:

1. 15 Sentyabr Bakının Qurtuluş Günü Azərbaycan Respublikasının milli bayramları sırasına
daxil edilsin;

2. Bakıda böyük bir küçəyə 15 Sentyabr küçəsi adı verilsin;

3. Bakıda Parlament prospektinə Nuri Paşa caddəsi adı verilsin və Əzizbəyov meydanında Nuri
Paşaya heykəl qoyulsun;

4. Əzizbəyov parkı Nuri Paşa parkı adlandırılsın.

MHB olaraq, tərəfdarlarımızı və bu önəmli tarixi günü dəyərləndirən bütün yurddaşlarımızı tələblərimizə qoşulmağa, Azərbaycan-Türkiyə qardaşlığına və həyati önəm daşıyan milli birliyimizə dəstək verməyə çağırırıq.

Milli Hərəkatçılar Birliyi
14 sentyabr 2022-ci il"

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar