Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novella Cəfəroğlu: “İsa Qəmbər mənə zəng etdi, danışdıq...”

"Partiyadan istefa verməyi düşünmürəm"...

Müsavat Partiyası ilə bağlı verdiyim açıqlama böyük səs-küy yaratdı. Əlbəttə, partiyadan istefa verməyi düşünmürəm”.

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O, yaranan söz-söhbətlərlə bağlı İsa Qəmbərlə danışıb-danışmadığı barədə də məlumat verib: “İsa bəylə mənim münasibətim Müsavat Partiyasından başlamayıb. Onunla münasibətim Müsavat Partiyasından əvvəl də var idi. Biz dostuq. Mən dostluğu sonuna qədər aparan insanam. Dostlarımın hamısı bunu bilir. Ən ağır günlərində həmişə onların yanında olmuşam, olacağam da. Məlum müsahibədən sonra İsa Qəmbərlə danışığımız oldu. Mənə zəng etdi, danışdıq. Böyük müzakirələr olacaq. Allahın izni ilə görüşəcəyik, yenə danışacağıq. Müsavat elə partiyadır ki, Azərbaycan demokratik dövlətçiliyinin qurucusu olub. Bu partiyada olmaq da olar, olmamaq da. Amma müsavatçılıq hər bir azərbaycanlının ürəyində olmalıdır. Çünki bu demokratik dövləti quran insanların hamısı Azərbaycanın yaxşılığını istəyirdilər, Azərbaycana demokratiya gətirirdilər. Hamının səhvi də olur. O zaman da səhvlər, yəqin ki, olub, bilmirəm. Mənə heç kim heç nə deyə bilməz. 80 yaşım var, heç vaxt indiyə qədər kiminsə yanında başıaşağı olmamışam. Həmişə düz sözümü demişəm, həmişə də deyirəm. Mən haqqın, ədalətin tərəfindəyəm, həmişə də olacağam. Allah nə qədər ömür verəcəksə, o qədər də haqqın yanında olacağam. Tənqid lazım olanda tənqid də edəcəyəm”.

N.Cəfəroğlu Birinci vitse-prezident Mehriban Əliyevanı ad günündə təbrik etdiyini deyib: “Çünki bu xanım, doğrudan da, çox işlər görür. Amma mənim ən çox ürəyimə bilirsiniz nə yatdı? Müharibə vaxtı analarımız oğullarının, gəlinlərimiz ərlərinin, qızlarımız qardaşlarının tabutunun altına girirdilər. Mehriban xanım da həmin yükü çiyninə götürüb Prezident hara gedirdisə, onun yanında gedirdi. Azad olunmuş torpaqlarda üçrəngli bayrağı qaldırırdılar. Bilirsiniz ki, o bayrağı qaldıran zaman ətrafda nə qədər düşmən, terrorçu ola bilərdi. Çünki müharibə bitməmişdi, müharibə gedə-gedə Mehriban xanım bunları edirdi. Həmişə çox narahat idim ki, Allah eləməsin, birdən nəsə oldu, uşaqlarını, nəvələrini atıb bayrağı qaldırmağa gedirdi. Bu, böyük şeydir. Əgər bunu başa düşmürlərsə... İndi Şuşaya, Cəbrayıla getmək asandır. Amma o vaxt bunu etməyə cəsarət lazım idi. Bunu da deməyə qorxmuram. Çünki mən anayam, nənəyəm. Bilirəm ki, evdə övladı qoyub kişinin yanında getmək bu zamanda nə böyük hünərdir. Məndə ikiüzlülük yoxdur. Yaxşıya yaxşı, pisə də pis deyirəm. Heç vaxt söz deməyə çəkinməmişəm. Əbülfəz bəyin vaxtında da, o, öləndən sonra da. Əbülfəz bəy mənim ailəmin dostu olub. Heç vaxt nə onu, nə də ailəsini yaddan çıxararam. Dosta dostam”.

O vurğulayıb ki, Müsavat Partiyasında ziyalılar olub: “Almaz xanım, Arzu Səmədbəyli və s. Arifin özü (Partiyanın hazırki başqanı Arif Hacılını nəzərdə tutur-red) “yüz il”dir dostumdur. Bu adamların heç biri qoymayacaqlar ki, Müsavatı aşağılasınlar. Müsavat var və olacaq. Bilirlər ki, mənə bir söz desələr, elə insanam, başa düşəcəyəm söz kimdən gəlib. Dostlarımdan o söz gəlməyib. Ola bilər, məni tənqid etsinlər. Demokratiyanı istəyirik? Qoy desinlər. Biri söyəcək, biri tərifləyəcək, biri bağrına basacaq, biri evdən qovacaq... Əgər demokratik dövlətdə yaşamaq istəyiriksə, hər sözü qəbul etməliyik. Vəssalam”.

N.Cəfəroğlu deyib ki, dünyadakı konfliktlərin hamısı bölünməklə nəticələnir: “Konfiliktlərdən sonra Yuqoslaviya kimi dövlət, gördünüz, necə parça-parça oldu? Ermənilər indi qorxularından mənimlə görüşmürlər. Çünki onlarla görüşəndə deyirdim ki, sülhlə torpaqları verin, yoxsa müharibə olacaq. Az qalırdı ki, məni öldürsünlər. Torpaq namus, vətən deməkdir. Rüstəm Behrudinin bir şeiri var, deyir ki, “Biz nə millətik ki, haqqımızı istəmirik, torpaq da bizdən küsüb Vətən olmaq istəmir...” Yəni bizim torpaqlarımız işğal altındadır, ona görə də küsüb, bizə Vətən olmaq istəmir. Bu sözlər həmişə ürəyimdə olub. Artıq torpaqlarımız alınıbsa, deməli, Vətən Vətəndir də. Torpaqları kim alıb? Kim istəsə də, istəməsə də, torpaqları Ali Baş Komandan bizim qeyrətli, namuslu əsgərlərimizlə birgə alıb. O əsgərləri hazırlayan, neçə illərdir onlara güc verən Ali Baş Komandan olub. Ona görə də hesab edirəm ki, nə desələr də, hamının, bütün partiyaların ürəyində bu hiss var. Bilirlər ki, bu torpağı əsgərlərimizlə birgə bizim Ali Baş Komandan alıb. Üçrəngli bayrağı bütün türk millətinə ərmağan edirəm. Bu bayraqda həm müasirlik, həm türkçülük, həm islamçılıq, bunların üçü də bütün türk millətinə məxsus olan simvollardur. Həmişə demişəm, indi də deyirəm, bizim bayrağımız ən güclü bayraqdır. Bu bayrağı bizə Məhəmməd Əmin Rəsulzadə gətirdi. İnanıram ki, Turan dövləti quracağıq. Üçrəngli bayraq bütün türk dövlətinin simvolu olmalıdır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar