Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SEPAH yenidən bölgə dövlətlərini təhdid etdi

İsrail-Türkiyə münasibətlərinin normallaşması mollaları qıcıqlandırıb

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri bölgə ölkələrini təhdid edib. İranlı general bu ölkələrin İsraillə münasibət qurmasının ağır nəticələr verəcəyini iddia edib.

Əlirza Təngsiri hansı ölkələri nəzərdə tutduğunu deməsə də, söhbətin ilk növbədə Türkiyədən getdiyi anlaşılır. Məlum olduğu kimi, iki ölkə arasında son vaxtlar yeni münasibətlər qurulu, tezliklə səfirliklər də açılacaq. Bu isə İranı narahat edir. Elə Təngsiri də böyük ehtimalla İsrail ilə diplomatik münasibətlərini yenidən quran Türkiyəni nəzərdə tutub.

SEPAH generalı İsrail və Amerikaya öz torpaqlarında yer verən və İrana qarşı koalisiya yaratmaq fikrində olan ölkələrin hərəkətlərinə göz yummayacaqlarını bildirib. O, İsraili “uşaq öldürən” və “çirkli” dövlət adlandıraraq bu ölkənin İran qonşuluğunda özünə ayaq yeri açmasının acı nəticələrə səbəb olacağını deyib.

Onu da qeyd edək ki, İsrail-Türkiyə münasibətlərindən narahat olan, Orta Şərqin iki önəmli ölkəsinin diplomatik əlaqələr qurmasını İrana qarşı təhdid olaraq görən cənub qonşumuzun özü Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən, Xocalı soyqırımı kimi faciəyə səbəb olan, işğal altındakı torpaqlarda məscidləri donuz saxlamaq üçün istifadə edən Ermənistanla hər cür əlaqələr qurur. Elə təkcə bu səbəbdən İranın İsrail-Türkiyə münasibətlərinin normallaşmasına, yeni diplomatik əlaqələr qurulmasına qısqanclıqla yanaşması, hətta mövzuyla bağlı hədə tonunda danışması absurd görünür. (boyuksherg.az)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və sərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

"Mən hara, rayon hara?" - İki mindən artıq müəllim yeri niyə boş qalır?

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

Dünyanın ən yüksək maaş alan dövlət başçılarının adları açıqlanıb

İsraildə silahlı hücum nəticəsində bir nəfər ölüb, on nəfər yaralanıb

Ən çox oxunanalar