“Kinolarda kilolarla narkotik satırlar. Hələ sonra bir diplomat pul gətirib, onların üstünə silahlarla hücum da edirlər. Bunların hamısı məgər narkotikin təbliği deyil?!”
Bunu Pravda.az-a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov bəzi meyxanaçıların “Youtube”da narkotiki təbliğ etmələrinə münasibət bildirərkən deyib.
“Yaxşı meyxana deyənlər narkotiki təbliğ etmirlər. Bəzi uşaq-muşaqlar bəlkə də bunu edər, ancaq yaxşı meyxanaçılar belə şeylər etmirlər” – A.Məmmədov bildirib.
pia.az