Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaziz Abışev: “Rusiya dairələri Astananın siyasətindən qıcıqlanırlar” - Müsahibə 

Bu yaxınlarda başa çatmış 24-cü Peterburq Beynəlxalq İqtisadi Forumu Rusiya prezidenti V.Putinlə Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin mövqelərinin birbaşa toqquşması ilə tarixdə qalacaq. Qazaxıstan prezidenti moderator Marqarita Simonyanın təxribatçı sualının cavabında bildirib ki, Rusiyanın Ukraynada yaratdığı "xalq respublikaları"nı tanımaq niyyətində deyil. Bunun cavabında Putin qeyd edib ki, bütün keçmiş sovet respublikaları "tarixi Rusiya" olan SSRİ-yə daxil olublar. Qeyd edək ki, Ukraynaya təcavüz ərəfəsində Putin xalqa Kremlin tarixi Rusiya torpaqlarını geri qaytardığını izah edib. Qərbdə Putinin tarixi torpaqlarla bağlı söylədiyi fikirləri Qazaxıstana təhdid kimi qəbul ediblər, bundan öncə RF Dövlət Dumasında və KİV-də bu ölkədə "Rusiya torpaqları" haqda söylənilən göstərişləri yada salıblar.

Forumun sonunda Çeçenistan rəhbəri Ramzan Kadırov qazaxların əleyhinə çıxış edib, onları separatçı respublikaları tanımamaqda qınayıb və Qazaxıstan ərazisində Rusiya yüklərinin (1,7 min vaqon Rusiya kömürü) blokadaya alınması barədə məlumatlar yayılıb.

Astanadan olan siyasi şərhçi Qaziz Abışev Turan-ın suallarını cavablandırıb.

- İstər Sankt-Peterburqdakı çıxışlardan, istərsə də Forum öncəsi bir çox hallardan belə təəssürat yaranır ki, RusiyaQazaxıstan arasında münasibətlər gərgindir. Bu, belədirmi?

- Rusiyanın mürtəce dairələrində təbii ki, Rusiyanın tərəfində münaqişəyə cəlb olunmayan, həm Moskva, həm də Kiyev, Brüssel və Vaşinqtonla yaxşı münasibətləri saxlayan Qazaxıstanın mövqeyindən qıcıqlanırlar. Bununla yanaşı, Rusiyada Qazaxıstanın özünü niyə məhz belə apardığı başa düşülür: Qazaxıstanlı passionarilərin Ukraynapərəst əhval-ruhiyyəsi, təkrar sanksiyalar təhlükəsi, həmçinin Ukraynaya qarşı əməliyyatın  başlanmasını müttəfiqlərlə razılaşdırmayan, özündə hərbi vəziyyət tətbiq etməyən və kömək  üçün Qazaxıstana rəsmən müraciət etməyən Rusiyanın ikili mövqeyi.

Kadırovun çıxışı mütləq Putinin reaksiyası deyil. Kadırov  öz fikrincə, Putinin nəyi bəyənə biləcəyini deyə bilər. Yəni, bu, Kadırovun anladığı kimi Putinin mövqeyini müdafiə etmək üçün öz təşəbbüsü ola bilər. Dövlət Dumasının deputatı Zatulin də analoji mesajı verib ki, Qazaxıstanla da "Ukrayna kimi" davranmaq mümkündür. Lakin Federasiya Şurasının birinci vitse-spikeri, Vahid Rusiya Partiyasının Baş Şurasının katibi Turçak yazıb ki, xarici siyasətə cavabdeh olmayan məmurların təxribat xarakterli şərhlər verməməsi daha yaxşı olar (Kadırova eyham).

Zatulinə isə birbaşa deyib ki, MDB ölkələrilə münasibətləri möhkəmləndirməklə məşğul olsa daha yaxşı olar. Başqa sözlə, Kadırov və Zatulinin fikirləri, sadəcə, stavkaların artırılması üçün emosional oyun və Putinin inspirasiya etdiyi hücumdan daha çox özünü böyük qırğı kimi ifadə etmək ola bilər.

- Qazaxıstan daxili müxalifət qüvvələrini neytrallaşdırmaq üçün ölkənizə qoşun yeridən KTMT-nin üzvüdür. Kadırovun, daha əvvəl isə M.Simonyanın çıxışlarında birbaşa deyilirdi ki, Qazaxıstan KTMT-nin üzvü kimi Ukraynada “xalq respublikaları”nı tanımalıdır. Bu təşkilata üzvlük Qazaxıstanın nəyinə lazımdır?

- KTMT-nin Qazaxıstan, eləcə də MDB, qismən də Avrasiya İqtisadi Birliyi üçün əsas funksiyası Qazaxıstanı bir növ imperiya ekspansionist yüksəlişi yaşayan Rusiyanın iddialarından qorumaqdır. Bu perimetrin daxilində olan Qazaxıstan özünün Rusiya hərbi-siyasi maşınının potensial hədəfləri siyahısına düşməsinin qarşısını alır.

Digər məqsəd dövlət qəflətən səndələyərsə, Cənubdan və daxildən terror hücumundan sığortadır. Bu funksiyaların hər ikisi yerinə yetirilir, ona görə də hələ ki KTMT-dən çıxmağa ciddi ehtiyac yoxdur.

- Astananın Rusiya yüklərinin daşınmasına qadağa qoyması barədə məlumat nədir?

- Rusiya yüklərinin Qazaxıstan ərazisilə tranzitinə qadağa qoyulması çox güman ki, saxta məlumatdır, Sənaye Nazirliyi artıq bu şayiələri təkzib edib. Qazaxıstan və Rusiya münasibətlərinin səviyyəsi bu cür kəskin ziddiyyətlərin yaranmasını nəzərdə tutmur, məmurlar məsələləri işgüzar qaydada həll etməyə qadirdirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar