Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı “Son zəng” tədbirində iştirak edib

Bu gün ölkəmizdə 2021-2022-ci tədris ilinin başa çatması münasibətilə bütün ümumtəhsil müəssisələrində “Son zəng” çalınıb. Bu münasibətlə Şirvan şəhərinin 14 ümumtəhsil müəssisəsində də “Son zəng” tədbirləri təntənəli ilə qeyd edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 1 nömrəli tam orta məktəbdə  keçirilən “Son zəng” tədbirində iştirak edib. Tədbirdən öncə məktəbin 100 illik yubileyi ərəfəsində foyedə sərgilənən məktəbin tarixini əks etdirən, məktəbi bitirən görkəmli ziyalıların fotostendləri ilə tanış olub. Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçısı olan qəhrəman məzunlarla görüşərək onlarla söhbət edib və xatirə şəkli çəkdirib.

“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Müasir, müstəqil Azərbacanın memarı, qurucusu, Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən, tariximizə möhtəşəm “Zəfər salnaməsi” yazdıran, torpaqlarımızın hər qarışı uğrunda canlarını qurban verən şəhidlərin, eləcə də məktəbin dünyasını dəyişərək əbədiyyətə qovuşan müəllim və məzunlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

1 nömrəli tam orta məktəbin direktoru Rəfiqə Atayeva Şirvan şəhərinin tarixən ən qədim, ən qocaman məktəbi olan, təhsil sahəsində uğurlu və şanlı yol qət edərək, qazandığı böyük nailiyyətləri ilə bu gün şəhərimizin ən qabaqcıl, ən nüfuzlu təhsil ocaqlarından birinə çevrilən, 100 illik yubileyi ərəfəsində olan 1 nömrəli tam orta məktəb haqqında ətraflı məlumat verib. 11 il əvvəl öz kövrək addımları ilə doğma məktəbi salamlayan onbirincilər üçün bu günün, sevinci ilə, kədəri ilə, unudulmaz, yadda qalan anları ilə məktəb illərinin sonuncu zəngi, həm də onları müstəqil həyata səsləyən ilik zəng olaraq yadda qalacağını bildirib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 11 illik təhsil pilləsini başa vuran şəhərimizin bütün məzunlarını “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Ulu öndər Heydə Əliyevin elmə, təhsilə dövlət səviyyəsində  göstərdiyi diqqət və qayğının bu gün Azərbaycan Respublikasını Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə bilikli, savadlı gənclərin sayının artdığını, elmin daha da inkişaf etdiyini, ölkə başçısının da qeyd etdyi kimi “qara qızıl”ın insan kapitalına çevrildiyini qeyd edib. Son illərdə yeni məktəb binalarının tikilib-istifadəyə verildiyni, maddi-texniki bazasının möhkəmləndirildiyini, təhsil işçilərinin müxtəlif fəxri adlar, orden və medallarla təltif edildiyini diqqətə çatdırıb. Məhz təhsil müəssisələrində aparılan vətənpərvərlik təbliğatının nəticəsi olaraq  44 günlük Vətən müharibəsində gənclərimizin kütləvi olaraq könüllü şəkildə ordu sıralarına yazılmaq istədiyini, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərini, tariximizn Şanlı Zəfərini qazandıqlarını vurğulayıb. Vətən uğrunda canından keçən şəhidlərimizin hər zaman hörmət və ehtiramla yad ediləcəyini, gələcək nəsillər üçün örnək olacağını söyləyib. Onlara Allahdan rəhmət, ailələrinə səbir diləyib.

Sonra söz məktəbin qocaman müəllimlərinə və 11-cilərin sinif rəhbərlərinə verilib.

Tədris ili ərzində keçirilən müxtəlif müsabiqələrdə qalib olmuş şagirdlərə Fəxri fərman və diplomlar təqdim edilib.

Tədbirdə simvolik “Bilik açarı” məzunlar tərəfindən I sinif şagirdlərinə təqdim olunub.

Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Sonda “Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq

Ən çox oxunanalar