Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya yeni “Böyük səkkizlik” yaratmaq həvəsinə düşüb - G7-yə alternativ olması mümkündür?..

Moskvanın yaratmaq istədiyi yeni “Böyük səkkizliyə” Çin, Hindistan, Rusiya, İndoneziya, Braziliya, Meksika, İran, Türkiyə daxil ola bilər?..

İqtisadçı-ekspert: “Daha çox Rusiya dünyada “Böyük səkkizliyin” yaradılmasını istəyir. Amma bu “Böyük səkkizliyin” daxilində elə dövlətlər var ki, onlar Qərblə, o cümlədən ABŞ-la münasibətlərin pisləşməsində maraqlı deyillər”.

“Deyə bilərik ki, “Böyük səkkizliyin” daha çox Rusiyanın arzularını və istəklərini ifadə edən tezisdir. Amma bunun reallaşması çox çətin, hətta mümkünsüz görünür”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli dünyada alternativ “Böyük səkkizliyin” yaradılması təklifini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, dünyada alternativ “Böyük səkkizliyin” yaradılması üçün bütün şərait var. Volodinin fikrincə bu yeni “Böyük səkkizliyə” Çin, Hindistan, Rusiya, İndoneziya, Braziliya, Meksika, İran, Türkiyə daxil ola bilər və bu ölkələrin ÜDM-si G7 ölkələrinin ÜDM-dən çoxdur. Dövlət Dumasının spikeri əmindir ki, ABŞ-ın dünyəvi hegemonluğunu itirməsi qaçılmazdır.

G7-yə alternativ olaraq yeni “Böyük səkkizliyin” yaranmasını mümkündürmü və kollektiv Qərbə qarşı belə bir həmlə dünyada hansı geosiyasi və geoiqtisadi mənzərə formalaşdıra bilər? Ən əsası yeni “Böyük səkkizlik” texnoloji sahədə G7 ölkələri ilə rəqabət apara bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: ““Böyük səkkizlik” texnoloji sahədə G7 ölkələri ilə rəqabət apara bilməz”.

Türkiyənin NATO ölkəsi olduğunu xatırladan ekspert PİA.az-a açıqlamasında vurğulayıb ki, Türkiyənin NATO dövləti olaraq anti-Qərb, anti-NATO koalisiyasında yer alması texniki olaraq da mümkün deyil:

“Daha çox Rusiya dünyada yeni “Böyük səkkizliyin” yaradılmasını istəyir. Amma bu “Böyük səkkizliyin” daxilində elə dövlətlər var ki, onlar Qərblə, o cümlədən ABŞ-la münasibətlərin pisləşməsində maraqlı deyillər. Məsələn Hindistan, Braziliya və Türkiyə istəməzlər ki, anti-Qərb çəbhələşməsində yer alsınlar. Buna görə deyə bilərik ki, “Böyük səkkizliyin” daha çox Rusiyanın arzularını və istəklərini ifadə edən tezisdir. Amma bunun reallaşması çox çətin, hətta mümkünsüz görünür.

Hətta BRİCS ölkələrində belə birlik yoxdur. Məsələn Hindistanla Çinin çox ciddi problemləri var. İki ölkə arasında sərhəddə belə qarşıdurmalar yaşanır. Həmçinin yeni “Böyük səkkizliyin” çərçivəsində maraqlı toqquşan ölkələrin olması da mümkün deyil. Bütün bunlardan əlavə Türkiyənin özü NATO ölkəsidir. Türkiyənin NATO dövləti olaraq anti-Qərb, anti-NATO koalisiyasında yer alması texniki olaraq da mümkün deyil.

Natiq Cəfərli: “Texnoloji olaraq G7 ölkələrinə rəqabətin yaranması ən azı bu günə, yaxın zamana mümkünsüz görünür”.

“Böyük səkkizlik” texnoloji sahədə G7 ölkələri ilə rəqabət apara bilməz. O ölkələr arasında Çinin texnoloji olaraq üstünlüyü var. Amma Çinin texnoloji üstünlüyü elmdən daha çox başqa ölkələrin əldə etdikləri nailiyyətlərin təkrarlanmasına əsaslanır. Texnoloji olaraq bu ölkələrin hər biri Qərb ölkələrindən asılı vəziyyətdədir.

Çində texnoloji şirkətlərə baxsaq bir çoxunun tərəfdaşlarının məhz Qərb ölkləri oldğunu görərik. Buna görə də texnoloji olaraq G7 ölkələrinə rəqabətin yaranması ən azı bu günə, yaxın zamana mümkünsüz görünür. Ola bilər 10-15 ildən sonra hansısa yeni formatlar meydana çıxar. Amma bir daha qeyd edim ki, bu indi reallaşan ideya ola bilməz”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay