Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin “imperiyanı bərpa proyekti”: Planda Azərbaycan da var - İddia

Rusiya lideri Vladimir Putin Ukraynadakı son məqsədini təsadüfən ağzından qaçırdı. Kremlin başçısı özünü çar I Pyotrla müqayisə edərək, Rusiyaimperiya dövləti kimi bərpa etmək, digər postsovet ölkələrini işğal etməklə onu genişləndirmək niyyətində olduğunu təsdiqlədi.

PİA.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu CNN telekanalının analitiki Natan Hodc deyib.

"Putin öz sözünü dedi: onun Ukraynada istədiyi Rusiyaimperiya dövləti kimi bərpa etməkdir", - ekspert bildirib.

Hodc bu sözlərini "Putinin imperiya ambisiyalarının etirafı" adlandırıb:

"Rusiya liderinə görə, iki cür dövlət var: suveren və müstəmləkə. Putinin fikrincə, Ukrayna sonuncu kateqoriyada olmalıdır. O, uzun müddətdir ki, ukraynalıların legitim milli kimliyinə malik olmadığını və onların ölkəsinin "Qərbin marionetkası" olduğunu iddia edir".

Ekspertin sözlərinə görə, Putinin "imperiyanı bərpa layihəsi" nəzəri olaraq vaxtilə Rus İmperiyası və ya Sovet İttifaqına daxil olan digər ərazilərə də şamil oluna bilər:

"Bu, Sovet İttifaqının dağılmasından sonra yaranmış bütün dövlətlərdə təşviş doğurmalıdır".

Qeyd edək ki, keçmiş SSRİ-yə Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Ukrayna, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Litva, Moldova, Estoniya, Rusiya və Latviya daxil olub.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar