Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qalkin İsraildə verdiyi konsertdə Solovyovla Skabeyevanı ələ saldı - Video

Rusiyalı şoumen və teleaparıcı Maksim Qalkin İsraildə konsert verib. Çıxışı zamanı o, Rusiyanın Ukraynada müharibə aparmasını tənqid edib və bu fikirlərinə görə təhqir olunduğunu deyib.

“Məni satqın adlandırırlar. Onlar dedilər: “Biz bu xüsusi əməliyyatı NATO-nu Rusiya ilə sərhədlərdən uzaqlaşdırmaq üçün edirik”. Və nə oldu? “Axşamınız xeyir, biz Suomidənik”. Bu, normaldır? Xoşunuz gəlsə də, gəlməsə də NATO genişlənir. İsveç də Alyansa hazırlaşır”.

Şoumen həmçinin rusiyalı jurnalistlər Olqa Skabeyeva ilə Vladimir Solovyovu ələ salıb və ölkədə artıq Skandinaviya əleyhinə əhvalı əvvəlcədən gördüyünü deyib.

“Skabeyevanın ABBA-nın albomunu necə yandırdığını görürəm; sizə dəqiq deyirəm, bu, tezliklə baş verəcək. “İsveç nərdivanı”nın adı dəyişdirilərək “dırmanaq”, sauna - “quru buxar”, “İsveç masası” isə “görməmiş masası” adlandırılacaq. Və əlbəttə, yüz faiz Selma Lagerlefin və Astrid Lindqrenin nağılları qadağan olunacaq. Mən artıq Solovyovun “Karlson!” bağırdığını eşidirəm”, - deyə Qalkin bildirib.

Qeyd edək ki, Qalkin və həyat yoldaşı Alla Puqaçova artıq dördüncü aydır ki, İsraildə yaşayırlar. Onların Rusiyadan gedişi şoumenin Ukraynaya müdaxiləni açıq şəkildə tənqid etməsi ilə əlaqələndirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar