Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arvadını öldürüb qayınanasını yaralayan şəxs biznesmen imiş

Mayın 8-də günorta saatlarında Sumqayıtda kişinin həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməsi, qayınanasını isə yaralaması hadisəsinin bəzi detalları məlum olub.

PİA.az "Qafqazinfo"ya istinadən bildirir ki, araşdırmalarla müəyyən edilib ki, Qurd dərəsi yaşayış massivində 41 yaşlı həyat yoldaşı İlahə İsgəndərovanı 13 bıçaq zərbəsi ilə öldürən, qayınanası İ.Nağıyevaya isə xəsarətlər yetirən Tofiq Həsənov biznesmendir. Belə ki, o, Rusiyada fəaliyyət göstərib və ticarətlə məşğul olub.

İlkin məlumata görə, hadisə ailədə pula görə bir müddət əvvəl yaranmış münaqişəli vəziyyətə görə baş verib. Belə ki, T.Həsənov mənzildə saxladığı 180 min manat pulun müəmmalı şəkildə yoxa çıxdığını bildirib. O, həmin vaxt pullarının itməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. İş adamı külli miqdarda vəsaitinin həyat yoldaşı və qayınanası tərəfindən ələ keçirildiyini iddia edib.

Bundan sonra onların münasibəti daha da pisləşib və ayrı yaşamağa başlayıblar. İlahə İsgəndərova anası ilə birgə Qurd dərəsində yeni aldıqları evdə yaşamağa başlayıb.

Bildirilir ki, əvvəllər də məhkumluq həyatı yaşamış T.Həsənov mayın 8-də həyat yoldaşı və qayınanasının yaşadığı evdə olarkən pul mübahisəsinə görə növbəti dəfə münaqişə yaranıb. Bu zaman o, İ.İsgəndərovanı öldürüb, qayınanasına isə xəsarətlər yetirib.

T.Həsənov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Azərbaycanlı iş adamı çayxanada güllələndi 

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Çində əhali yarıdan çox azala bilər - Hökümət çox narahatdır...

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında - FOTO

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay