Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Qərargah rəisi Kəlbəcərə gedib, döyüş hazırlığını yoxlayıb

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrin döyüş hazırlığını yoxlayıb.

Bu barədə PİA.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Baş Qərargah rəisi qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkili, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək üçün bütün lazımi şərait yaradılıb.

General-polkovnik K.Vəliyev dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşərək onun qayğıları ilə maraqlanıb, xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb, gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra Baş Qərargah rəisi hərbi birliyin komandir-rəis heyəti ilə xidməti müşavirə keçirib. General-polkovnik K.Vəliyev Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Sonda müasir ümumqoşun döyüşünün aparılması üsulları nəzərə alınmaqla bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, silah və döyüş texnikasının effektiv tətbiqi məqsədilə təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi ilə əlaqədar müdafiə nazirinin göstərişləri aidiyyəti üzrə şəxsi heyətə çatdırılıb.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub

Türkiyədə öldürülən səkkiz yaşlı qızın anası danışdı

Ən çox oxunanalar