Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda “Ümumilli lider Heydər Əliyev və milli səhiyyəmizin inkişafı” adlı elmi nəzəri konfrans keçirilib

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq mayın 4-də Şəhər İcra Hakimiyyəti və Şirvan Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Ümumilli lider Heydər Əliyev və milli səhiyyəmizin inkişafı” adlı elmi nəzəri konfrans keçirilib.
Əvvəlcə səhiyyə işçiləri Ulu öndərin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, xatirəsinə ehtiram olaraq abidənin önünə tər çiçəkl dəstələri düzüblər.

Sonra Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponantlarla tanış olublar. Mərkəzin əməkdaşı Ümummilli liderin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb.
Tədbir Şirvan Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin akt zalında davam edib. Öncə Ümummilli lider Heydər Əliyevin və vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Kamil Əhmədov, Xəstə xidmətləri şöbəsinin müdiri Təranə Cəlilova, Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Cavidan Hüseynov Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Qeyd edilib ki, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya şöhrətli dövlət xadimi Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir.

Çıxış edənlər Ulu öndərin siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatların və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyini vurğulayıblar. Ata vəsiyyətinin yerinə yetirən Müzəfər Ali Baş Komandanın 44 gün ərzində torpaqlarımızı işğaldan azad etməsi ilə xalqımızın xoşbəxt gələcəyi üçün Ulu öndərin yeganə narahatlığının başa çatdığını bildiriblər.

Ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu amal uğrunda yorulmaz fəaliyyət göstərdiyini, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazandığını vurğulayıblar.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Ən çox oxunanalar