Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayaqqabı bağlamasından 118 min 659 manat dəyərində brilyant qaşlar aşkarlandı

Son dövrlər müxtəlif daşıyıcı şirkətlər vasitəsilə ölkə ərazisinə gətirilən yüklərin içərisində şəxsi istifadə adı altında bəyan edilən mallardan kommersiya təyinatlı olan malların aşkar edilməsi, qaçaqmalçılıq faktları artıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu il ərzində, ümumilikdə 29 fakt üzrə ayrı-ayrı fiziki şəxslər tərəfindən sifariş edilmiş mallar kimi göstərilən, lakin kommersiya təyinatlı mallar olduğu sübuta yetirilən və müvafiq tənbeh tədbiri tətbiq edilən işlər qeydə alınıb.

Əgər keçən ilin üç ayı ərzində cəmi yeddi belə fakt müəyyən edilmişdisə, artıq bu ilin eyni dövründə dörd dəfə çox - 29 belə fakt müəyyən edilib.

Eyni zamanda, aparılan araşdırmalar sürətli poçt daşıma şirkətləri vasitəsilə onlayn sifariş əsasında daşınması həyata keçirilən bağlamalarda şəxsi istifadə üçün icazə verilən limit məbləğindən sui-istifadə hallarının artmasını da göstərir.

Qeyd edək ki, daşıma şirkətlərinin biri tərəfindən ölkə ərazisinə gətirilən ayaqqabı yükü kimi qeyd edilən bağlamaya gömrük baxışı zamanı ayaqqabının içindən ümumi dəyəri 118659 manat olan 75 qram brilyant qaşlar aşkar edilib.

Bu kimi faktlara misal olaraq, digər bir poçt daşıma şirkəti tərəfindən ölkə ərazisinə gətirilən geyim əşyalarının içərisindən gömrük orqanından gizlədilmiş üç ədəd “Samsung” markalı mobil telefon, həmçinin “maska paketi” yükləri kimi gömrük orqanına bəyan edilən bağlamanın içərisindən, gömrük nəzarətindən gizlədilmiş, qızıl-zinət əşyaları aşkar edilərək ölkə ərazisinə qanunsuz yolla idxal edilməsinin qarşısı alınıb.

Göstərilən faktlardan əlavə, həyata keçirilən gömrük yoxlamaları zamanı daha bir şirkət tərəfindən daşınması həyata keçirilən yüklərə dair təqdim edilən məlumatlarda 146 ədəd bağlamaya aid qiymət məlumatları faktiki yuxarı həddə olmağına baxmayaraq “1” türk lirəsi qeyd edilib. Bu da öz növbəsində aylıq limit məbləğinin düzgün hesablanmasına mane olan hallar kimi qiymətləndirilir, qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Gömrük Komitəsi bir daha vətəndaşlara müraciət edərək xaricdən sifariş etdikləri məhsulların asan və sürətli şəkildə gömrük nəzarətindən keçirilməsi üçün qanunvericiliyə riayət etmələrini, bəyannamədə mallara dair məlumatların düzgün göstərilməsini tövsiyə edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

​​​​​​​Azər Maqsudovun məhkəməsi davam etdirilib, qızı ifadə verib

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq

Ən çox oxunanalar