Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifətin Brüssel prosesinə münasibəti

Müxalif liderlər Azərbaycan-Ermənistan danışıqlarının yeni mərhələsi ilə bağlı şərhlər yayıb.

Aprelin 6-sı Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Azərbaycan prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan bir araya gəliblər. Rəsmi açıqlamaya əsasən, görüşdə həm İlham Əliyev, həm də Nikol Paşinyan ölkələrinin sülhə doğru sürətlə irəliləmək istəyini qeyd edib, bu məqsədlə xarici işlər nazirlərinə sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi qərara alınıb.

Başqa bir razılaşma aprel ayının sonunadək birgə sərhəd komissiyasının təşkilidir. Komissiyanın mandatı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sərhəd xətti boyunca, onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsidir.

Novator.az-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edir ki, Azərbaycan-Ermənistan danışıqlarının Moskvada yox, Brüsseldə davam etməsi müsbət hadisədir: “Sülh danışıqları bundan sonra da bu formatda və ya ikitərəfli qaydada Bakının irəli sürdüyü baza prinsipləri əsasında aparılmalı, sülh müqaviləsi bağlanmalıdır. Tərəflər bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlər dəqiqləşməli, Azərbaycan dövləti Yuxarı Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə təminat verməlidir. Təhlükəsizlik üçün beynəlxalq təminat tələb edilərsə, təminatı iki NATO dövləti – Azərbaycan tərəfdən Türkiyə, Ermənistan tərəfdən Fransa öz üzərinə götürə bilər”.

AXCP sədri Əli Kərimli İlham Əliyevlə Nikol Paşinyanın Brüsseldə əldə etdiyi razılaşmanı düzgün addım kimi qiymətləndirir: “Biz hər zaman təkid etmişik ki, Ermənistanla sülh danışıqları Rusiyanın monopoliyasından çıxarılmalıdır. Hesab edirik ki, qalan problemlərimiz Ermənistanla birbaşa danışıqlar vasitəsilə həll olunmalıdır. Brüsseldə əldə olunmuş ilkin razılaşmanı da məhz bu istiqamətdə addım kimi təqdir edirik. Danışıqların uğurla davam etməsi nəinki Ermənistanla müharibənin sülh sazişi ilə bitməsinə, həmçinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın Avropa İttifaqı ilə inteqrasiyasına ciddi təkan vermiş olar”.

ADR Partiyasının sədri Qubad İbadoğlu qeyd edir ki, Brüssel görüşünün birinci uğuru danışıqların Rusiyasız təşkilidir: “Qarabağ probleminin yeganə həlli AzərbaycanErmənistan arasında ikitərəfli razılaşmalardan keçir. Sülh anlaşması üçün hər iki ölkənin xarici işlər nazirlərinə təlimat verilməsi də müsbət nəticədir. Həmçinin sərhədlərin dəqiqləşdirilməsi üzrə komissiya razılığına gəlinməsini irəliləyiş kimi qiymətləndirmək lazımdır. Rusiya birbaşa və dolayı problem yaratmasa, razılaşmaların icrası Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üçün töhfə verə bilər”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bir çox bölgəsini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib.

O vaxtdan bəri Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan sülh danışıqlarında regionda iqtisadi əlaqələrin, nəqliyyat əlaqələrinin bərpası, Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiqləşdirilməsi müzakirə olunur.

Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında iki dövlətin münasibətlərinin normallaşması yönündə beş baza prinsipi əks olunub:

– dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

– dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

– dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

– dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

– nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ən çox oxunanalar