Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlilabadda faraş kartof becərənləri müflisləşmə gözləyir

Xəbər verildiyi kimi, bir həftədən çoxdur Azərbaycanın cənub bölgələrinə yağan aramsız yağışlar nəticəsində Cəlilabad, Masallı, Astara rayonlarında bir çox kəndləri sel suları basıb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri insanları xilas etsələr də əkin sahələrinə, ev təsərrüfatlarına böyük ziyan dəyib. Xüsusən Cəlilabad rayonunda çiyələk sahələri sel suları altında qalıb və fermerlər əkinlərin zay olduğunu deyirlər. Hələlik dəyən ziyanın miqyası müəyyən edilməyib, amma təxmini hesablamalara görə min hektarlarla əkin sahəsi, o cümlədən çiyələk, yazlıq taxıl sahələri ziyan çəkib. Üstəlik yağıntılar cənub bölgəsinin dağlıq ərazilərinə qar şəklində düşüb və bəzi yerlərdə qarın qalınlığı 1 metri keçib. Gözlənilir ki, havaların isinməsi ilə dağlıq ərazilərdə qarın sürətli əriməsi baş verəcək və nəticədə yeni daşqınlar yaranacaq.

Bu cür kəskin hava şəraiti Cəlilabad rayonunun faraş kartof becərən fermerlərini də çıxılmaz duruma salıb. virtualaz.org yerli fermerlərə istinadən xəbər verir ki, rayonda faraş kartof yetişdirilən istixana sahələrinin az qala yarısı sıradan çıxıb. Yüzlərlə hektar faraş kartof sahəsi ziyan çəkib, bu sahələri su basıb.

Cəlilabad ərazisindən keçən Mişarçayın daşması səbəbindən xüsusən də Muğan, Maşlıq və köhnə Ələt-Astara magistral yolunun kənarlarında becərilmiş əkin sahələri su altında qalıb. Fermerlər deyirlər ki, böyük əziyyətlə, istixana şəraitində becərdikləri kartof sahələri tamamilə zay olub. Bu isə fermerlərin müflisləşməsinə gətirib çıxara bilər, çünki onlar kartof sahələrinə xeyli vəsait xərcləmişdilər, bir çoxları isə banklardan götürdükləri krediti bu işə sərf edib.

Sakinlər deyirlər ki, sel əkin sahələrinə ciddi ziyan vurduğundan məhsuldarlıq xeyli aşağı düşüb.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Mübariz Nadirov bildirib ki, həmin kəndlərdə əsasən fərdi təsərrüfatlarda istixana şəraitində kartof becərilir. Kifayət qədər vəsait tələb edən bu əkin növünün becərilməsində məqsəd məhsulu açıq sahələrə nisbətən satışa daha tez çıxarmaqdır. Amma indi sahələrin sel suları altında qalması məhsuldarlığın təxminən 50 faiz aşağı düşməsilə yanaşı, satışını da xeyli ləngidəcək.

Cəlilabad rayonunda 4 000 hektara yaxın sahədə kartof əkilir. Bunun 1 000 hektarı istixanaların payına düşür. İndiki halda bu istixanaların yarısına ziyan dəyib.

Lakin cəlilabadlı fermerləri çıxılmaz duruma salan təkcə yağan yağışlar və daşqın deyil. Onlar bu yaz mövsümündə faraş kartofu satmaqda da ciddi problemlə üzləşə bilərlər. Çünki Cəlilabad fermerləri ənənəvi olaraq becərdikləri faraş kartofun əsas hissəsini Rusiya bazarlarına çıxarırdı və ixrac hesabına çəkdikləri xərci ödəyib gəlir götürə bilirdi. İndi isə Rusiya bazarında vəziyyət dəyişib-rubl “ölüb”, üstəlik Rusiyaya məhsul aparmaq da qəlizləşib, yol xərci artıb. Ona görə də yağış və daşqın nəticəsində məhsuldarlığın kəskin azalması ilə yanaşı qalan məhsulu yaxın həftələrdə sahələrdən toplayan kəndlilər onu əlverişli qiymətə satmaqda da çətinlik çəkə bilərlər.

Ü.Xudiyeva (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

​​​​​​​Azər Maqsudovun məhkəməsi davam etdirilib, qızı ifadə verib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq

Ən çox oxunanalar