Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafa: “ABŞ Azərbaycanın həyata keçirdiyi siyasətə dəstək verir”

ABŞ-ın Azərbaycana böyük dəyər verməsi və Azərbaycanın həyata keçirdiyi siyasəti dəstəkləməsi əbəs yerə deyil. Təkcə ABŞ-la deyil, Azərbaycanın bütün dövlətlərlə münasibətləri yüksək səviyyədədir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Fazil Mustafa Azərbaycanın həyata keçirdiyi siyasətin ABŞ tərəfindən dəstəklənməsi və təhlükəsizlik məsələlərinin həllində ABŞ-la Azərbaycanın ortaq maraqlarının olmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ həm də Qarabağdakı erməni terrorçularına dəstək verir:

“Bütün bunlara rəğmən Azərbaycanın ABŞ-la normal münasibətlərə üstünlük verməsi, həm də ölkəmizin gələcəyə yönəlik ağıllı siyasət yeritdiyini göstərir. Ona görə də birmənalı olaraq terrora qarşı mübarizdə ABŞ ilə bir yerdəyik. Amma hər hansı bir şəkildə separatçıların dəstəklənməsinə qarşıyıq. Son dövrdə Rusiya-Ukrayna münasibətləri üzərində Azərbaycanın tutduğu mövqe digər ölkələr tərəfindən təqdir olunur. Çünki belə bir mövqe dünyada barışa, sülhə xidmət edir.

Amma Azərbaycanın incidildiyinin də şahidi oluruq. Çünki Qarabağdakı terrorçulara ABŞ tərəfindən dəstək verilib, yardım ayrılırsa, bu o deməkdir ki, yanlış siyasət hələ də davam etdirilir. Biz çalışırıq ki, ABŞ-ı doğru siyasət zəmininə gətirə bilək. Çalışırıq onlar anlasın ki, bu cür mövqe Azərbaycanla dost münasibətlərinə xələl gətirə bilər”.

F.Mustafa onu da əlavə edib ki, regional barışıq da ABŞ-dan asılıdır:

ABŞ terrorçunu dəstəkləməsin və regionda sülh olsun. Sülh olarsa, hər cür əməkdaşlıq mümkündür. Amma terrorçuluq stimullaşdırılarsa, onu aradan qaldırmaq olmur. Ona görə də bu məsələdə ABŞ-ın siyasətində dəyişikliyə ehtiyac olduğunu düşünürəm. Sevindirici haldır ki, onlar bu məsələdə bizim səmimiyyətimizi görürlər.

Onlar görür ki, Azərbaycan heç nəyə baxmadan, mövqeyini davam etdirir. Düşünürəm ki, gələcəkdə onlar daha çox Azərbaycanın milli maraqlarını gözləməlidirlər. Bölgədə güclü Azərbaycan, həm də ABŞ-ın güclü müttəfiqi olmaq deməkdir. Onlar işğalçını stimullaşdırmaqdansa, separatçılığa dəstək verməkdənsə, bu məqama üstünlük verməlidirlər. Çünki bölgədə sabitlik olarsa, qazanan bütün dünya olacaq. Sabitlik olan yerdə isə iqtisadiyyatın inkişafından söhbət etmək olar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Azərbaycanlı iş adamı çayxanada güllələndi 

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

Çində əhali yarıdan çox azala bilər - Hökümət çox narahatdır...

“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında - FOTO

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay