Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail baş nazirinin Putinlə sirli görüşü - Zelenski yəhudidirmi?

Naftali Bennetin Moskvaya qəfil səfərindən sonra Ukrayna prezidenti ilə davamlı danışıqlarının mənası nə?  

İsrailin baş naziri Naftali Bennetin   iki gün əvvəl Moskvaya qəfil səfəri və müharibənin başlamasından bəri Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşən ilk xarici olması bu görüş ətrafında xeyli suallar yaratdı. Qeyri-rəsmi nüvə ölkəsi olan İsrailin baş nazirinin Putinlə görüşündən yalnız köhnə olduğu ehtimal edilən foto yayıldı. Bu görüşdən sonra isə İsrailin baş nazirinin üç dəfə Zelenski ilə telefonla danışması Bennetin səfərinə diqqəti daha da artırmış oldu.

Məlumdur ki, İsrail hökuməti ukraynalılara silah verməkdən imtina edib və Rusiyaya qarşı beynəlxalq sanksiyaları dəstəkləməyib. Təl-Əvivdə 500-ə yaxın nümayişçi isə  Bennetin evinin qarşısında Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsini, Ukraynaya silah yardımı etməyi və qaçqınları qəbul etməyi tələb ediblər. İddialara görə, vaxtilə İsrail kəşfiyyat xidmətindəki xüsusi təyinatlıların Ukrayna uğrunda döyüşə getməsinə Təl-Əviv etiraz etməyib. Amma bu iddianı Rusiya tərəfi hələ təsdiq etməyib.      

İsrail hakimiyyətinin niyə müttəfiqi ABŞ-dan fərqli mövqe sərgilməsi haqda müxtəlif rəylər var. Ekspertlərə görə, Rusiyanın İsraillə düşmənçilik edən “Hizbullah” və qismən də “Həmas” qruplaşmalarına təsiri danılmaz faktdır və Təl-Əviv bunu gözardı edə bilməz.  Ukraynalı politoloqlara görə, həm İsrail, həm də Avropa bütün Avrasiya məkanında Rusiyanın “ən güclü, ən qüdrətli, nüfuzlu ordu olması haqqında illüziyalarla yaşamağa davam edir”. Onlar düşünürlər ki, Rusiyanı heç vaxt məğlub etmək mümkün deyil, bu səbəbdən İsrail də daxil, hansısa  yeni diplomatik yanaşmalar axtarırlar.

İddia olunur ki, İsrail əvvəllər Rusiyaya qarşı yumşaq mövqeyini Sovet İttifaqından olan çoxlu sayda yəhudi mühacirlərinin  Rusiyapərəst əhval-ruhiyyəyə malik olması ilə əsaslanırdılar. Ancaq indi əhval-ruhiyyə dəyişib, çünki bu müharibə Ukraynadakı yəhudilərin də maraqlarına toxunur. Müharibədən artıq onlar da ciddi əziyyət  çəkməyə başlayıblar. Üstəlik, ehtimal olunur ki, İsrailə təkcə yəhudilər deyil, Ukraynadan olan qeyri- millətlər də gələ bilər.  Ukraynadan olan yəhudilərin bir qismi(ancaq qadınlar) İsrailə gediblər və burada onları baş nazir və xanımı qarşılayıb. İsrailin daxili işlər naziri deyib ki, “İsrail  yəhudi xalqının milli dövlətidir, amma biz  qaçqınları qəbul edəcəyik”. “Yaxın günlərdə bunun üçün nizamlı siyasət formalaşdırmalı olacağıq”deyə, o əlavə edib.   

İsrailin hazırkı maliyyə naziri Aviqdor Liberman isə deyib ki, ölkəsinin Rusiya və  Ukrayna ilə  yaxşı münasibətləri  var: “Bizdə Ukraynadan  və Rusiyadan gələn böyük bir immiqrant icması var. Amma eyni zamanda, bir az da özümüz haqqında düşünməliyik. Bizə İsrailyönlü mövqe lazımdır. Putinlə və ölkəsi ilə bağlı hansı proqnozlar vermək bizim işimiz deyil. Biz heç vaxt başqa dövlətlərin daxili işlərinə qarışmamışıq və ümid edirik ki, dünyada heç kim başqa xalqın seçiminə qarışmayacaq”. 

Yəhudilərə  müraciəti  

Yada salaq ki, bir neçə gün əvvəl-Rusiya ordusu Kiyevdəki televiziya qülləsini vuranda Ukrayna prezidenti Vladimir Zelenski dünya yəhudilərinə müraciət etmişdi. O, Kiyevdəki teleqüllənin yanındakı  Babi Yar Holokost memorial mərkəzinin də zərər gördüyünü qeyd edərək, “indi bütün dünya yəhudilərinə müraciət edirəm - görmürsünüz ki, nə baş verir? Ona görə də dünyada milyonlarla yəhudinin indi səssiz qalmaması çox vacibdir. Nasizm sükutdan doğur” bildirib.

Ukrayna prezidenti yəhudidirmi?

Hələ Ukraynada prezident seçkilərinin birinci turunda rəqiblərini ciddi şəkildə üstələyən Zelenskiyə İsraildən də diqqət böyük idi. İkinci tur ərəfəsi “The Times of İsrael” qəzeti Zelenskinin yəhudi olub-olmadığını öyrənməyə çalışmışdı. Ukrayna Birləşmiş Yəhudi İcmasının rəhbəri Mixael Tkaç suala cavab olaraq nəşrə demişdi ki,  şoumenin anası yəhudidir, lakin Zelenski özü praktiki yəhudi deyil və qeyri-yəhudi qadınla evlidir.

Odessa yəhudi icması "Şabad"ın nümayəndəsi Boleslav Kapulkin isə nəşrə bildirmişdi ki, onda Zelenskinin xristianlığı qəbul etdiyi təəssüratları yaranıb. "Mən onun xristianlığı qəbul edib-etmədiyini dəqiq bilmirəm, amma eşitdim ki, özü dostlarının övladlarının xaç atası olduğunu  söyləyib" deyə, Kapulkin bildirmişdi.  

 Zelenski özü də ailəsi barədə soruşduqda  bildirib ki, ata babası yəhudidir və “adi sovet yəhudi ailəsində” böyüyüb. Zelenski xatırladıb ki, Sovet İttifaqındakı yəhudi ailələrinin əksəriyyəti dindar deyildi. O deyib ki, İkinci Dünya müharibəsi zamanı ata  babası və üç qardaşı cəbhədə olub, amma yalnız babası sağ qayıdıb. Babası nənəsi ilə Ukraynanın cənubunda nasistlər tərəfindən işğal olunmuş Krivoy Roqda tanış olub və orada evləniblər. 

Zelenski əlavə edib ki, dini baxışları baradə  açıq danışmağı sevmir: “Təbii ki, Allaha inanıram. Amma onunla yalnız mənim üçün şəxsi və vacib olan anlarda və özümü rahat hiss etdiyim yerlərdə danışıram”.   

Son aylar Zelenski ilə İsrail arasında onun mətbuat konfransında dediyi sözlər də ciddi qalmaqal yaratmışdı. Belə ki, mətbuat konfransında ondan Babi Yarda Holokost qurbanlarının xatirəsinə keçirilən rəsmi mərasimdə niyə iştirak etmədiyi soruşulmuşdu. Zelenskinin “Babi Yarda dünyasını dəyişən hər kəsə salam deyin” sözləri yəhudilərin ciddi etirazı ilə qarşılanmışdı. Çünki müxtəlif hesablamalara görə, 1941-1943-cü illər arasında Babi Yarda 70 mindən 200 minə qədər insan güllələnib ki, onların böyük əksəriyyəti yəhudilər olub. Etirazlardan sonra Ukrayna prezidenti səhvini anlamış, bir neçə gün sonra Babi Yarı   ziyarət etmişdi...(musavat)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar