Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanı dayandırmaq mümkün olmasa, nə baş verəcək?

Ukraynanı öz torpaqlarına qatan Putinin Türkiyəni hədəf seçməyəcəyini heç kim deyə bilməz...

Arslan Tekin
“Yeniçağ” qəzeti, Türkiyə, 3 mart 2022-ci il

Dünyada qurulan bütün imperiyalar dağıldı, ya məhv edildi, ya da kiçildi. Tarix bunları yazır. 600 illik Osmanlı İmperiyası üç qitəyə yayıldı. Onu dörd tərəfdən qoparıb apardılar. Anadolunu və Trakiyanın bir hissəsi xilas edildi. Xilas etmək üçün təyin etdiyimiz limitlərə belə çata bilmədik. İçimizdəki ağrı Misak-ı Millidir. Nə Batumi var, nə Naxçıvan, nə də Mosul-Kərkük ətrafı bizdədir. Yalnız sonradan Hatayı öz sərhədlərimizə daxil edə bildik.

Ruslar Moskva knyazlığından tutmuş Avropaya, Sibirin uclarına, Mərkəzi Asiyanın dərinliklərinə qədər uzanırdılar. Ən çox zülm görən isə türklərdir. Amma onlar da dağılacaqlar. Qanlı və ya qansız şəkildə.

Qərb 2014-cü ildə Krımın və Donbasın işğalında öz sərt mövqeyini nümayiş etdirməli idi. Gərək o zaman başa düşülərdi ki, bu, bütün Ukraynanın işğalına gətirib çıxaracaq.

Necə olar ki, Ukrayna NATO-ya daxil olmasın, Qərbə yaxınlaşmasın. Bir dövlət müstəqildirsə, istədiyi ölkələrlə təmasda ola, istədiyi paktlara girə bilər.

Ən yaxınında biz varıq Rusiyadan qorxaraq NATO-ya tələsdik. Koreyaya əsgər göndərdik ki, qarşımıza mane olmasınlar. Şəhidlər verdik, əsirlər verdik.

Putin Ukraynanı dağıdaraq, yandıraraq, öldürərək alacaq. Nə qədər ki, Qərb birbaşa müharibəyə girməyəcək, Rusiya da istədiyini edəcək. Amma özü sülh içində olacaqmı? Ukrayna qələbəsi ilə xalqın fikrini bir müddət yayındırır. Ukraynanın nə sərvəti var, nə nefti, nə də qazı. Onun bəzi faydalı qazıntı və kömür yataqları var. Rusiyada isə daha çoxu var.

Ukraynanı öz torpaqlarına qatan Putinin Türkiyəni hədəf seçməyəcəyini heç kim deyə bilməz.

Türkiyə isti dənizlərə açılan qapıdır, boğazların sahibidir, yəni Moskvanın əbədi hədəfidir.

Köhnə məsələlər qarışacaq, 1877-1878-ci illər müharibəsi, Birinci Dünya Müharibəsi xatırlanacaq. Ruslar 1877-ci ildə Karsa daxil oldular. 1878-ci ildə Berlin müqaviləsi ilə bölgəni öz sərhədlərinə əlavə etdilər. Ardahan, Oltu və Kağızmanın daxil olduğu Karsda yerləşən Karskaya vilayəti inzibati vahidini qurdular və 1918-ci ildə Bolşevik İnqilabından sonra bölgədən çəkildilər.

Onlar məsələni 1853-1856-cı illər Krım müharibəsinə qaytara bilərlər. Bu müharibədə ingilislər və fransızlar Osmanlının tərəfinə keçmişdilər. Onlar gəmilərini boğazlardan keçirərək Krıma doğru yürüş etmişdilər.

Ona görə də, rus təəssübkeşlərinin içindəki ağrı Qərbdir və təbii olaraq bizik.

Heç kim deyə bilməz ki, Stalin İkinci Dünya Müharibəsində Şərqi Avropanı işğal etdikdən sonra gözünü Türkiyəyə dikməmişdi. Onun Kars və Ərdahan arzusu barədə həmişə yazılıb. Stalinin qəzəbindən qorxan türk millətçiləri 1944-cü ildə həbs olunmadılarmı?

Rusların problemi təkcə isti dənizlərə getmək deyil: Rusiya Federasiyasında çox böyük bir ərazidə türk icmaları var. Sovet dağılandan sonra türk millətçiliyi Sibirin dərinliklərinə qədər yayıldı. Türklük, hətta çuvaş kimi xristian ünsürləri və tuvalılar kimi şamanist elementlər arasında da çiçəkləndi. Konfranslarda, xaricdə tez-tez bu torpaqlardan gələnlərlə rastlaşırdıq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar