Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Nikolayev ətrafında 20-dən çox vertolyot, 200 texnika, 1000-dən çox əsgər itirdi

Rusiya ordusu ötən gün, hərbi təcavüzün 8-ci günündə Nikolayev ətrafında ağır itkilər verib. virtualaz.org xəbər verir ki, Ukrayna prezidentinin Ofisinin nümayəndəsi Aleksey Arestoviç bu haqda bildirib.

“Nikolayev ətrafında bütün günü onları qovduq, gözlədik ki, yenidən qruplaşsınlar. İşğalçılar Psaki kəndi ətrafında böyük sayda qruplaşanda Ukrayna Silahlı Qüvvələri “Qrad”ları tətbiq etdi. Bundan başqa reaktiv yaylım atəşi sistemləri ilə Xerson aeroportu vuruldu, orada 20-dən çox vertolyot, 200 texnika və minə yaxın işğalçı var idi. Texnika məhv edildi, sağ qalan əsgərlərlə bağlı hələlik məlumat yoxdur. Hostomel küçələrində də şiddətli döyüşlər getdi, düşmənin zirehli texnikası vuruldu, reaktiv yaylım atəşi sistemlərindən onların cəmləşmə rayonlarına zərbələr endirildi”,-Arestoviç bildirib.

Nikolayev regionunun rəhbəri Vitali Kim isə bildirib ki, martın 3-nün yekunlarına əsasən vilayətdə düşmənin 245 vahid texnikası və 30-a yaxın vertolyotu məhv edilib. Şəxsi heyət arasında da çoxsaylı itkilər var. Bu döyüşlərdə Ukrayna qüvvələri heç bir itki verməyib, ötən gün vilayətdə dinc sakinlər arasında da ölən olmayıb.

“İki gün ərzində Xerson ətrafındakı Kuybışev aerodromuna və oradakı hərbi bazaya zərbələrin endirilməsi nəticəsində düşmənin 245 vahid texnikası, böyük həcmdə yanacağı və 30 vertolyotu məhv edilib. Bu işğalçıların strateji bazası idi”,-Vitali Kim bildirib. Və özünün sosial media hesabında həmin zərbələrə dair videoları paylaşıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işinin təşkili üçün işçi qruplar yaradılacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay