Bazar ertəsi, 17 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ADR Partiyasının sənədləri niyə geri qayıtdı?

Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlərini geri qaytarıb. Rəsmi cavaba görə, partiyanın təsis edilməsi, nizamnaməsinin təsdiqlənməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarları bütün təsisçilər və ya onların səlahiyyətli nümayəndələri imzalamayıb, nizamnamədə partiyanın rəhbər orqanlarının səlahiyyət müddətləri nəzərdə tutulmayıb.

ADR-in sədri Qubad İbadoğlu bununla bağlı açıqlamada qeyd edir ki, bütün sənədləri təsisçilərin səlahiyyətli nümayəndələri imzalayıb, onların hər birinin imzası notarial qaydada təsdiqlənib, nizamnamədə rəhbər orqanların səlahiyyətlərinin konkret müddətləri müəyyənləşdirilib: “Ədliyyə Nazirliyinin “texniki iradları” sadəcə siyasi qərarı əsaslandırmaq üçündür. ADR Partiyasının müstəqil fəaliyyəti, bəyanatlarını, mövqe sənədlərini təşkilat üzvlərinin iradəsi əsasında müəyyənləşdirməsi, cəmiyyətdə artan nüfuzu, apardığı ardıcıl siyasi mübarizəsi hakimiyyəti, konkret olaraq dövlət başçısı İlham Əliyevi qane etmir”.

Novator.az bildirir ki, ADR Partiyası 2021-ci il oktyabrın 17-də internet vasitəsilə keçirilən qurultayda təsis olunub. 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılan partiyanın sənədləri 2021-ci il noyabrın 11-də dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim olunmuşdu.

Siyasi partiyanın qeydiyyatı üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Hazırda 58 siyasi partiyanın dövlət qeydiyyatı var.

Qubad İbadoğlu 1971-ci ildə doğulub. İqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, hazırda London İqtisadiyyat Məktəbinin professorudur.

ADR Partiyasının İdarə Heyətində bu şəxslər yer alır: Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı.

Adil Qeybulla, Ədalət Yusub, Əlövsət Talışxanlı, Rüfət Muradlı, Samir Abbaslı partiya sədrinin müavinləri, Ellada Məmmədli İcra Aparatının rəhbəridir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub - Fotolar

Tağı Əhmədovun toydan yeni görüntüsü - Video

Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər

“Banu”nun Güneli illər sonra üzə çıxdı - paylaşımı ürək sızlatdı - Video

Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır

İstirahətə gedən zaman soyuducuya qəpik qoyun - Səbəb

Aygün Namiqdən gileyləndi: "Məni xoşbəxt edə bilmədin"

Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - Yenilənib

Paşinyan niyə Lukaşenkonu hədəf seçdi? - Tarasov

İyunun ortaları bu bürclər üçün çox uğurlu olacaq

Donald Tramp: "Zelenski bütün siyasətçilər arasında ən böyük tacirdir"

Beynəlxalq Konfransda Ukrayna üzrə yekun sənədi 91 ölkədən 80-i dəstəklədi

Ən çox oxunanalar