Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçala Uşaq İncəsənət və Musiqi Məktəbində vəziyyət “mədəni faciəyə” dönüşüb…

Şamaxıdan qovuldu, Neftçalada müsiqi məktəbinin direktoru oldu, Biləcəridə qeydiyyatda olduğu halda musiqi məkətbində dövlət hesabına yaşayır…

Neftçala Uşaq İncəsənət və Musiqi Məktəbində baş alıb gedən korrupsiya və qanunsuzluqlar artıq əndazəsindən çıxır”. Bu barədə PİA.az-a daxil olan məlumatda bildirilir.

İlqar Rəhimli 2014-cü ildən Neftçala Uşaq İncəsənət və Musiqi Məktəbində direktor işləyir. Ona qədər məktəbdə pul toplamalar olsa da, kütləvi olmadığını qeyd edən valideynlər bildiririlər ki, İlqar Rəhimli hazırda həbsdə olan keçmiş icra başçısı İsmayıl Vəliyev tərəfindən Neftçalaya gətirildikdən sonra Neftçala Uşaq İncəsənət və Musiqi Məktəbində vəziyyət kökündən dəyişib.

Direktor vəzifəsinə gətirildikdən sonra İlqar Rəhimlinin ilk işi dərs saatlarını “oğurlamaq olub”. Məktəbin müəllimlərindən “oğurlanan” dərs saatlarının pulu isə direktörün cibinə gedir. Müəllim var ki, onlara həftədə 30-36 saat dərs yazılıb, lakin onlar 9-10 saatın pulunu alırlar. Əlavə dərs saatlarının pulu isə müəllimlərdən alınır və direktora çatdırılr. Bu isə öz növbəsində müəllimlərin haqlı narazılığına səbəb olur.

Bakının Biləcəri qəsəbəsində yaşayan İlqar Rəhimli direktorun kabinetini və yanaşı otaqları öz evinə çevirib və faktiki olaraq dövlətin hesabına musiqi məktəbində yaşamaqdadır. Onun bütün kommunal xərclərini isə məktəb ödəyir.

Maraqlıdır ki, gənclik illərində klarnet ifa edən və notu belə əməlli-başlı bilməyən İlqar Rəhimli daha əvvəl Şamaxı musiqi məktəbində direktor vəzifəsində çalışıb. 2011-ci ildə onu rüşvətə “Əmək Məcəlləsi”nin 70-ci maddəsinin C bəndi ilə işdən azad ediblər. Məsələ Şamaxı prokurorluğunda araşdırılıb və İlqar Rəhimli rüşvət faktı ilə əlaqədar olaraq dəfələrlə dindirilib.

Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə görə “Əmək Məcəlləsi”nin 70-ci maddəsinin C bəndi ilə işdən azad olunan şəxs isə bir daha rəhbər vəzifədə çalışa bilməz. Lakin keçmiş başçı, rüşvətxorluq və korrupsiya əməllərinə görə məhkum edilən və hazırda həbsdə olan İsmayıl Vəliyevin havadarlığı ilə buna da çarə tapılıb. İlqar Rəhimlinin “Əmək kitabçası” bir tərəfə atılıb və ona yeni “Əmək kitabçası” açılıb və məlumata görə bu saxtakarlıq Mədəniyyət Nazirliyindəki yüksək vəzifəli bir məmurun razılığı ilə həyata keçirilib. Həmin məurun isə hələ də Nazirlikdə çalışdığı qeyd olunur.

Baş verən bu saxtakarlıqdan və biabırçılıqdan Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinin nə qədər məlumatı var, bilmirik. Amma Mədəniyyət Nazirliyinin Biləsuvar Regional Mədəniyyət İdarəsinin müdiri Əlisultan Sadıxovun bundan ətraflı xəbərdar olduğu bildirilir. Elə İsmayıl Vəliyevdən sonra İlqar Rəhimlinin hazırkı hamisinin də Əlisultan Sadıxov olduğu qeyd edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Azərbaycanlı iş adamı çayxanada güllələndi 

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

Çində əhali yarıdan çox azala bilər - Hökümət çox narahatdır...

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmənin Plenumunda and içiblər

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay