Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il ordudakı itkilərimiz: 50 ölü, 98 yaralı


Azərbaycan Respublikasının Təhlükəsizlik və Müdafiə sektorunun 2014-cü il yanvar-iyul ayları üçün ümumi itkilərinin statistikası açıqlanıb


“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən, 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 50 nəfər təşkil edib. Bu barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 98 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli, müvafiq dövrdə dünyalarını dəyişənlərin 10-nun  döyüş (erməni gülləsi), 3-nün mina partlayışı, 37-sinin isə qeyri-döyüş itkiləri olduğunu bildirib

Cəsur Sümərinli: ”10 - nəfər avtoqəzadan,  1 - nəfər naməlum səbəbdən,  6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 2 nəfər bədbəxt hadisədən (suda boğulma, elektrik cərəyanı), 7 nəfər xəstəlikdən dünyasını dəyişib. 11 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 42-si Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 2-i Daxili Qoşunların, 3-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır”.

Yaralılara və xəsarət alanlara gəlincə (98 nəfər) C.Sümərinli bildirib ki, onların 21-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 8-i intihara cəhddən, 15-i erməni gülləsindən, 9 nəfər mina partlayışından,  3 nəfər qumbara partlayışı, 2 nəfər təlimdə, 37-si avtoqəza nəticəsində, 2 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı, yanıq) yaralanıblar və ya xəsarət alıblar: “1 nəfər zəhərlənib. 83 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 7 nəfər Daxili Qoşunlar, 7 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar”.

Manitorinqin digər nəticələri:

Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib.

Ötən dövrdə Azərbaycanın 10 mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb, 2 nəfərsə dünyasını dəyişib.

2 Azərbaycan mülki vətəndaşı Ermənistan tərəfindən girov götürülüb.

Eyni zamanda 3 Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər üçü qaytarılıb).  Ümumilikdə, aprelin 30-na olan məlumatlara görə, Azərbaycanda bir erməni əsir və 5 mülki şəxs saxlanılır. Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər. Azərbaycanda saxlanılan digər şəxs isə hərbi əsirdir. Erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan 2013-cü il avqustun 7-dən 8-nə keçən gecə qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Ən çox oxunanalar