Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə itlər kütləvi şəkildə öldürüldü: Araşdırma başladı - Yenilənib, Video

Gəncə Şəhər İcra Hakimiyyəti şəhərdə itlərin kütləvi şəkildə güllələnməsinə münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, İH tərəfindən sahibsiz heyvanların güllələnməsi ilə bağlı heç bir göstəriş verilməyib:

“Məsələnin araşdırılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib. Bununla yanaşı, çəkiliş aparılan sözügedən məişət tullantıları poliqonunun Gəncə şəhərinin ərazisinə aid olub-olmaması da araşdırılır. Həmçinin qeyd edək ki, Gəncə şəhərinin məişət tullantıları poliqonu şəhər kənarında yerləşir və ətraf ərazilərdən də ora tullantılar gətirilir”.

“Eyni zamanda qeyd edək ki, sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün hazırda Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə layihəsi əsasında sığınacaq hazırlanır. Yaxın günlərdə sığınacaq fəaliyyətə başlayacaq”, - deyə məlumatda qeyd edilib.

***

Gəncə şəhərində itlər kütləvi şəkildə öldürülüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, itlər güllələndikdən sonra çöllük əraziyə aparılaraq, orada basdırılıb.

Həmin görüntüləri təqdim edirik:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"

Ən çox oxunanalar