Bazar ertəsi, 17 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP-dən xəbərdarlıq: “4000 manata qədər cərimə oluna bilərlər” - Video

Paytaxtın bir sıra yollarında, həmçinin parkinq üçün ayrılan ərazilərdə yerlər bir çox hallarda qeyri-qanuni şəkildə zəbt edilir. Bu isə onsuz da gərgin olan şəhər nəqliyyatında hərəkət iştirakçılarının və sürücülərin haqlı narazılığına səbəb olur.

Kküçələrdə piyada və sürücülərin hərəkətini məhdudlaşdırmağa yönələn addımlar - şlaqbaumların qurulması, süni maneələrin yaradılması və ya sədlərin qurulması yolverilməzdir.

Bəzən sahibkarlar tərəfindən avtomobil yolunun bir hissəsi yerə dubalar bərkidilərək zəbt edilir.

Bəs belə bir addımlara yol verən şəxsləri qanunvericiliyin tələblərinə uyğun olaraq hansı məsuliyyət gözləyir?

Bu barədə PİA.az-ın suallarını Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi polis mayoru Araz Əsgərli cavablandırıb.

O bildirib ki, yolların hərəkət hissəsində sədlərin quraşdırılması qadağandır:

“Belə ki, avtomobil yollarının hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və ya nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsi, eləcə də avtomobillərin və piyadaların hərəkətinə süni maneələrin yaradılması inzibati məsuliyyət yaradır. Belə olan halda fiziki şəxslər 80 manatdan 100 manata qədər, vəzifəli şəxslər 400 manatdan 500 manata qədər, hüquqi şəxslər isə 3000 manatdan 4000 manata qədər cərimə oluna bilərlər.

Paytaxtın küçə və prospektlərində hərəkətin sıxlığını nəzərə almaqla, belə məsuliyyətsiz davranışlara şəxsi marağı üçün yol vermək olmaz. Kiminsə yolunu kəsmək, onların hərəkətinə maneə yaratmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır. Yol kəsməklə kiminsə həyatını çətinləşdirmək əvəzinə yolların keçiriciliyini artırıb ictimai məsuliyyətliliyi təbliğ etmək cəmiyyət olaraq bizə üstünlük gətirər. Bir daha hər kəsdən məsuliyyətli olmağı tələb edirik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sərxan Kamallının ölüm səbəbi açıqlandı - Yenilənib

ANS-də “yarpaq tökümü” - Heç biri 50 yaşa çatmadı...

Sabiq deputat Mirkazım Kazımov dəfn olunub - Yenilənib

Azarkeş azərbaycanlı qadın aparıcını öpdü - Video

Atəşkəs niyə pozulur və Paşinyan Bakıya nə “təklif” edir?

Bill Qeyts Çinə görə milyardlarla dollarından keçəcək

ABŞ-dən Rusiyanın dondurulmuş aktivləri ilə bağlı açıqlama

Stoltenberq: NATO nüvə silahlarının hazır vəziyyətə gətirilməsini müzakirə edir

Həcc ziyarətində faciə: 14 zəvvar öldü, 17 nəfər axtarılır

Ən çox oxunanalar