Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstanda itən "məşhur" körpə yaxınlarına qovuşdu

Taliban” Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra avqustun 19-da Kabil hava limanında yaranan xaos zamanı atası tərəfindən iki aylıq olarkən ABŞ əsgərlərinə təhvil verilən körpə dünən yaxınlarına təhvil verilib.

Süheyl Əhmədi adlı uşağı Kabil hava limanında tapan Həmid Safi həftələrlə davam edən danışıqlardan sonra uşağı ailəsinə qaytarıb.

ABŞ-ın Əfqanıstandakı səfirliyində xidmət etmiş ata Mirzə Əli Əhmədi noyabr ayında Böyük Britaniyada yerləşən “Reuters” xəbər agentliyinə itkin düşmə hekayəsini danışıb. Əhmədi təxliyə prosesi zamanı ölkəni tərk etmək üçün avqustun 19-da həyat yoldaşı və 5 uşağı ilə birlikdə Kavil hava limanına gəldiyini açıqlayıb.

O zaman iki aylıq olan Süheylin izdihamın içində əziləcəyindən qorxan Əhməd körpəni barmaqlıqların o biri tərəfindəki ABŞ əsgərlərinə təhvil verib. Lakin həmin anda Taliban qüvvələri izdihamı sıxışdırıb uzaqlaşdırdığından Əhmədi və ailəsi yarım saat gec içəri daxil olublar. Bundan sonra körpə tapılmayıb və ABŞ hərbçiləri körpənin ölkədən çıxarıla biləcəyini deyincə, ailə evakuasiya təyyarəsinə minərək ABŞ-a gedib. Ancaq Süheylin izi itib.

Sonradan məlum olub ki, 29 yaşlı taksi sürücüsü Safi körpəni hava limanında taparaq özü ilə aparıb. Safinin Süheyli öz övladı kimi böyütməyə qərar verib.

Əhmədi isə Əfqanıstandakı qohumlarına xəbər verib və körpəni götürmələrini istəyib.

Əhmədinin qayınatası Məhəmməd Qasim Rəzəvi körpəni götürmək üçün Kabilə gedib. Ancaq ailəsinin də ölkədən təxliyə olunmasını istədiyini deyən Safi körpəni verməyib. Bundan sonra Rəzəvi polisə adam oğurluğu ilə bağlı şikayət edib.

Rəsmilər daha sonra iki tərəfin razılığa gəldiyini bildirdilər. Razavi Safinin körpəyə qulluq zamanı xərclərini qarşılamaq üçün ona kompensasiya ödəyib.

Beləliklə də, körpə polisin iştirakı ilə yaxınlarına təhvil verilib.

Keçən ay hərbi obyekti tərk edərək Miçiqanda bir evdə məskunlaşan Əhmədi və həyat yoldaşı video zəng vasitəsilə körpələrini görməkdən çox xoşbəxt olduqlarını bildiriblər. Ailə Süheyli bir an əvvəl ABŞ-a gətirmək istəyir. (Haber Global)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Ən çox oxunanalar