Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda üç nəfərdən 200 min manatlıq pirotexniki məmulat müsadirə edildi

Pirotexniki məmulatların qeyri-qanuni satışını təşkil edən 60 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəmə orqanlarına göndərilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov məlumat verib.

O bildirib ki, müvafiq dövr ərzində respublika ərazisində o cümlədən paytaxt və iri şəhərlərdə pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir:

“Bununla bağlı paytaxtla yanaşı respublikanın iri şəhərlərindən olan Gəncə, Sumqayıt, Lənkəranda pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində şəhər rayon polis orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirilib.

Görülmüş tədbirlər nəticəsində pirotexniki məmulatların qeyri-qanuni satışını təşkil edən 60 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta haqında protokollar tərtib edilərək, baxılması üçün məhkəmə orqanlarına göndərilib. İnzibati məsuliyyətə cəlb edilən 60 nəfərdən də qeyri-qanuni satışını təşkil etdikləri pirotexniki məmulatlar aşkarlanaraq götürülüb”.

“Həmçinin polis əməkdaşları tərəfindən “Sədərək” Ticarət Mərkəzində pirotexniki məmulatların geniş miqyasda satışını həyata keçirən üç nəfər saxlanılıb. Onlardan “qara” bazarda dəyəri 200 min manata yaxın olan pirotexniki məmulatlar aşkar olunaraq müsadirə olunub”, - deyə A.Qafarov qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Ən çox oxunanalar