Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD əmirinin arvadı Ülkər Məmmədova:"Ərim şokolada qısqandığı üçün adımı dəyişdi..."

İŞİD terror qruplaşmasının “Türkiyə əmiri” olmuş Mustafa Dokumacının arvadı, Azərbaycan vətəndaşı Ülkər Məmmədova məhkəmədə danışıb ki, əri onun adını Türkiyədə eyni adlı şokolad markasına qısqandığı üçün dəyişdirib və “Həcər” qoyub. virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, əri pilotsuz təyyarədən endirilən raket zərbəsi zamanı öldürüləndən sonra qadın bu ilin oktyabrında Suriyadan Türkiyəyə keçərək təslim olub. Onun barəsində terror təşkilatına üzv olmaq maddəsi ilə cinayət işi başlanıb, qadının ifadəsi alınıb və o, Mustafa Dokumacı ilə necə tanış olub evləndiyi, Suriyaya necə getdiyi və orada ərinin nə işlə məşğul olduğu haqda danışıb.

Mustafa Dokumacı İŞİD-in tərkibində Türkiyədən olan yaraqlıların cəmləşdiyi “Dokumacılar qrupu”nun rəhbəri olub. Həmin qrupun mənsubları 2015-ci ildə Ankarada dəmir yol vağzalı qarşısında terror aktı törədiblər, özlərini partladaraq 103 nəfərin həlak olmasına, yüzlərlə adamın yaralanmasına səbəb olublar.

Adıyaman polis idarəsində bu ilin oktyabrında verdiyi ifadədə Ülkər Məmmədova İŞİD-in tərkibində döyüşən 103 nəfər Türkiyə vətəndaşının barəsində məlumatları çatdırıb. Bildirib ki, Mustafa Dokumacı ilə sosial şəbəkələr üzərindən tanış olub, oxumaq üçün Türkiyəyə gedib və orada evləndikdən sonra 2014-cü ildə Suriyaya keçiblər. Ü.Məmmədova Azərbaycanda nüfuzlu ailənin övladı olduğunu, atasının polkovnik rütbəsi daşıdığını deyib. Ərinin onu “məcburən İŞİD bölgəsində saxladığını” iddia edib. Terror təşkilatının fəaliyyətində iştirak etmədiyini bildirib.

“Mən uşaqlarım naminə Suriyaya getdim. Gözü dönmüş ərim uşaqlarımı müharibənin ortasına atacaqdı. Bir ana olaraq buna necə icazə verə bilərdim”,-o məhkəmədə deyib. O bildirib ki, Ankara vağzalında terror aktını törədən İŞİD-çiləri əri tanıyırdı, amma özü bu adamları tanımayıb. “Onlar ərimlə bərabər Suriyaya gediblər. Amma mən tanımıram, heç bir terror aksiyasını dəstəkləmirəm. Mən İŞİD-in nəzarətində olan bölgədə sadə həyat sürürdüm, onların heç bir fəaliyyətinə qarışmırdım”,-azərbaycanlı qadın bildirib.

Məhkəmədə ondan İŞİD mənsubu olaraq özünə niyə “Həcər” kod adını seçdiyini soruşublar. Ü.Məmmədova isə bunu ərinin qısqanclığı ilə izah edib. “Adım Ülkər Türkiyədə şokolad, biskvit markasıdır. Ərim də qısqanc biri olduğundan bu ad tələffüz edildiyində insanların ağlına şokolad gəlməsin deyə mənə “Həcər” adını vermişdi. 2020-ci ilin avqustunda ərim hava hücumunda öldü. İdlibdə olduğumuz müddətdə ərim davamlı olaraq nələrsə araşdırırdı. Təhlükəli adam idi. Məni Türkiyəyə göndərmədi, çünki göndərsəydi onu ələ verəcəyimi bilirdi”, - o deyib.

Ü.Məmmədova əri öldürüləndən sonra onun qardaşı Suat Dokumacı ilə əlaqə saxlayıb, Türkiyəyə dönmək istədiyini bildirib. Suat Dokumacı isə ona sərhədə gəlib Türkiyə əsgərinə təslim olmağı məsləhət görüb.

Məhkəmədə prokuror Ü.Məmmədovanın ifadəsini səmimi hesab etməyib, onun İŞİD və ərinin fəaliyyəti barədə bildiklərinin hamısını demədiyini irəli sürüb. Və onun peşimanlıq qanunundan faydalanmasının tam şəkildə mümkün olmadığını, barəsində İŞİD üzvü kimi cəza verilməsinin düzgün olacağını deyib. Məhkəmə heyəti isə belə qənaətə gəlib ki, Ü.Məmmədovanın İŞİD üzvü olduğu təsdiqlənib, amma onun könüllü təslim olduğu, təşkilatın strukturu və fəaliyyəti barədə məlumatlar verdiyi nəzərə alınaraq haqqında cəza verilməsinə ehtiyac olmadığı qərara alınıb. Ü.Məmmədova məhkəmə zalından azad edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Ən çox oxunanalar